İncirlik hərbi bazasının komandanlığı həbs edildi

© AFP 2023İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb. Hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit göz altına alınıb.

BAKI, 17 iyul — Sputnik. Türkiyənin cənubunda yerləşən İncirlik hərbi bazasının komandanlığı dövlət çevrilişinə cəhddə iştirak itihamı ilə həbs edilib. "Report"un məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb. Məlumatda bildirilir ki, hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb.

Xəbər lenti
0