TBMM Genel Kurulu

Türkiyə Böyük Millət Məclisində fövqəladə toplantı keçirilir

33
(Yenilənib 19:13 16.07.2016)
TBMM Türkiyədə baş verən çevriliş cəhdini müzakirə edir.

BAKI, 16 iyul-Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir.

Toplantı Türkiyədə çevriliş cəhdi ilə bağlı çağırılıb.

İclası TBMM sədri İsmail Kahraman açıb. Sonra TBMM sədri parlamentdəki siyasi partiya qruplarının rəhbərlərinə söz verib.

Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası adından partiya sədri və baş nazir Binəli Yıldırım çıxış edib.

Sonra söz ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna verilib.

Milliyyətçi Hərəkat Partiyasının bəyanatını isə sədr Dövlət Bağçalı səsləndirib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da TBMM-in iclasında iştirak edib.

33
Teqlər:
Dövlət Baxçalı, Kamal Kılıçdaroğlu, CHP, MHP, TBMM, Türkiyə Böyük Millət Məclisi
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Qətlə yetirilən generalın köməkçisi azadlığa buraxıldı
Ankara merindən sensasiyalı açıqlama
Binəli Yıldırım: "161 şəhidimiz, 1400 yaralımız var"
Hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub