Akın Öztürk, Türkiyə hərbi hava güvvələrinin generalı

Hərbi çevrilişi təşkil edən generalın kimliyi bəlli oldu

292
Akın Öztürk 2013-cü ildə Hərbi Hava Qüvvələrinin rəhbərliyinə gətirilmiş və 2015-ci ildə vəzifəsindən azad edilmişdi. O, bu ilin avqust ayında təqaüdə göndəriləcəkmiş.

BAKI, 16 iyul — Sputnik. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini kimin planlaşdırdığına dair yeni məlumat yayılıb. Sputnik hurriyet-e istinadən xəbər verir ki, qiyamı keçmiş hava qüvvələri generalı Akın Öztürkün planladığı bəlli olub.

Melih Gökçək, Ankara şəhərin meri
© Photo : globalekonomi.com.tr

Öztürk 2013-cü ildə Hərbi Hava Qüvvələrinin rəhbərliyinə gətirilmiş və 2015-ci ildə vəzifəsindən azad edilmişdi. O, bu ilin avqust ayında təqaüdə göndəriləcəkmiş.

Generalın dünən gecə saat 22.00-da F-16-ların havaya qaldırılması əmrini verməsi ilə düyməyə basdığı iddia edilir. Hərbi qiyam cəhdində ona kürəkəni hava pilotu Hakan Karakuşun da yardım etdiyi deyilir. İddialara görə F-16-ların uzun müddət havada qalması üçün İncirlikdən "KC135R" tipli iki tanker təyyarə də havada olub.

Məlumata görə, ötən il "Gülən qruplaşması"na bağlı olan Öztürkün hərbçi çevriliş edə biləcəyinə dair Baş Qərargaha məlumat daxil olub. Bildirilir ki, dünənki çevriliş baş tutacağı halda, o, Baş Qərargah rəisi olacaqmış.

292
Teqlər:
general, Akın Öztürk, hərbi çevriliş, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub
Çevrilişə cəhd edən hərbçilər Yunanıstandan sığınacaq istəyirlər
İrandan Türkiyədəki hərbi çevriliş cəhdinə reaksiya
İstanbul sakinləri Ərdoğanın şəkilləri ilə yürüş keçirdilər
Moskva Türkiyədə yaşanan olaylarla bağlı mövqeyini açıqladı
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub