Türkiyə hərbi hava güvvələri helikopteri

Çevrilişə cəhd edən hərbçilər Yunanıstandan sığınacaq istəyirlər

71
(Yenilənib 15:25 16.07.2016)
Türkiyə hərbi helikopteri Yunanıstana enib. Mövlud Çavuşoğlu yunan hökumətindən həmin hərbçilərin geri təhvil verilməsini istəyib.

BAKI, 16 iyul — Sputnik. Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib. Sputnik "Hürriyet"ə istinadən xəbər verir ki, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir.

Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri bildirilir. Onlar yunan polisi tərəfindən saxlanılıb.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məsələ ilə bağlı Yunanıstan hökumətinə çağırış edib: "Helikopterlə ölkənizə qaçan 8 xain hərbçinin dərhal Türkiyəyə təslim edilməsini istəyirik".

Yunanıstanın Dedeağaç hava limanına eniş edən helikopterin qabaqlar xilasetmə xidmətinə məxsus olduğu deyilir.

71
Teqlər:
hərbi çevriliş, hərbçi, helikopter, Yunanıstan, Türkiyə
Əlaqədar
Moskva Türkiyədə yaşanan olaylarla bağlı mövqeyini açıqladı
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
104 qiyamçı hərbçi öldürülüb
Azərbaycan Prezidenti Türkiyədə baş verənlərlə bağlı göstəriş verdi
"İlham Əliyev bütün gecəni çox narahat olub"
Ankarada vahiməli olay: tankı insanların üzərinə sürürlər