Binəli Yıldırım

Binəli Yıldırım: "161 şəhidimiz, 1400 yaralımız var"

16
Baş nazir: "Türkiyə böyük bir bəlanı dəf etdi. Tankların önünə çıxaraq həyatını qurban verən qardaşlarımızı rəhmətlə anıram. Bizə dəstək verən dost ölkələrə təşəkkür edirəm"

BAKI, 16 iyul — Sputnik. "Çevriliş cəhdi Türkiyənin tarixinə bir ləkədir. Meydanlara çıxan, paralel terror təşkilatına qarşı çıxan bütün vətəndaşların alnından öpürəm. 15 iyul artıq demokratiyanın bayramıdır".

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada keçirdiyi mətbuat konfransında deyib. O, Türkiyənin böyük bir bəlanı dəf etdiyini söyləyib: "Tankların önünə çıxaraq həyatını qurban verən qardaşlarımızı rəhmətlə anıram. Bizə dəstək verən dost ölkələrə təşəkkür edirəm".

B. Yıldırım hərbi çevrilişin qarşısı alınarkən 161 polis, hərbçi və mülki şəxsin həlak olduğunu, 1400 nəfərin yaralandığını bəyan edib. O, 2839 müxtəlif rütbəli hərbçinin həbs olunduğunu bildirib.

Xatırladaq ki, hadisələrdə öldürülən qiyamçı hərbçilərin sayının 104 nəfər olduğu açıqlanıb.

16
Teqlər:
Binəli Yıldırım, hərbi çevriliş, Türkiyə, mətbuat konfransı, demokratiya
Əlaqədar
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
104 qiyamçı hərbçi öldürülüb
"İlham Əliyev bütün gecəni çox narahat olub"
Ankarada vahiməli olay: tankı insanların üzərinə sürürlər
Bu məkana bir gələn "bir də gəlim" deyir
Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi