Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir

"İlham Əliyev bütün gecəni çox narahat olub"

33
Novruz Məmmədov: "Bu, dövlət çevrilişinə cəhddir, Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir, Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir"

BAKI, 16 iyul — Sputnik. "Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir". Bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız da bütün gecəni çox narahat olub. Bütün Azərbaycan narahat olub və bu da təbiidir", — N. Məmmədov qeyd edib.

"Bu, dövlət çevrilişinə cəhddir, Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir, Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir", — Administrasiya rəsmisi vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir: "Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır".

"Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri baş tuta, qəbul edilə bilməz", — o deyib.

Bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Bu çevriliş cəhdinin Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacağını düşünürəm", — N. Məmmədov bildirib.

33
Teqlər:
hərbi çevriliş, Novruz Məmmədov, Türkiyə, Prezidenti Administrasiyası, Azərbaycan
Əlaqədar
Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində çalışır
Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki saxlanılıb
Azərbaycan XİN: Qardaş Türkiyə xalqı və dövlətinin yanındayıq
Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib
Bakıdan İstanbul və Ankaraya olan bütün təyyarə reysləri ləğv edilib
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

6
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

6
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Millət vəkili Fəzail İbrahimli

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

27
(Yenilənib 12:34 26.11.2020)
"Onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik" - Fəzail Ağamalı

BAKI, 26 noyabr — Sputnik. "Həmkarlarım burada beynəlxalq hüquqdan danışırlar. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridirlər:

"Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır".

İclasda deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar: "Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi bəlli oldu

0
(Yenilənib 14:43 26.11.2020)
"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə görə, "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır.

"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- "Vətən Müharibəsi Qəhrəmanı" medalı;

- "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

"Vətən Müharibəsi Qəhrəmanı" eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

0
Teqlər:
Milli Məclis, medal, Azərbaycan