Terror qurbanı olan balaca qız

Fransanı qana boyayan terrorçunun kimliyi bəlli oldu

133
Hücumda istifadə olunan yük maşınının terrordan bir gün əvvəl icarəyə götürüldüyü bildirilir. Yük maşınında ikinci bir şəxsiyyət vəsiqəsi də tapılıb.

BAKI, 15 iyul — Sputnik. Fransanı qana boyayan terrorçunun kimliyi müəyyənləşib. Sputnik xəbər verir ki, Fransa mətbuatı terrorçunun adının Mohamed Lahouaiej Bouhlel olduğunu yazıb.

Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri
© REUTERS / Eric Gaillard

Digər tərəfdən, Fransa mediasında hücumda istifadə olunan yük maşınının terrordan bir gün əvvəl icarəyə götürüldüyü yazılıb. Digər bir məlumata görə isə, yük maşınında ikinci bir şəxsiyyət vəsiqəsi olub.

Nitsa şəhərində yerləşən "Saint George" klinikasında çalışan bir işçi Sputnik-ə açıqlamasında deyib ki, xəstəxanada yaralıların çoxu xarici ölkə vətəndaşlarıdır. Burada fransızlarla yanaşı, İsveçrədən, Böyük Britaniyadan, İspaniyadan olan yaralılar var.

Almaniya kansleri Angela Merkel hücumdan sonra ilk açıqlamasında deyib: "Almaniya, digər bir çox ölkə ilə birlikdə terrorla mübarizədə Fransanın yanındadır. Bütün çətinliklərə baxmayaraq, bu döyüşü qazanacağımıza inanıram".

133
Teqlər:
fransız, "Saint George", Mohamed Lahouaiej Bouhlel, terror, Fransa
Əlaqədar
İlham Əliyev Fransua Ollanda başsağlığı verdi
Azərbaycan Fransadakı vətəndaşlarına çağırış etdi: "Kütləvi yerlərdən uzaq durun"
Nitsadakı terror aktından bir neçə dəqiqə sonra
Anadolu Agentliyi Fransa terroruna görə öz əməkdaşını işdən qovdu