Fransa terroru

Anadolu Agentliyi Fransa terroruna görə öz əməkdaşını işdən qovdu

63
(Yenilənib 14:33 15.07.2016)
Rəsmi açıqlama: "Onun öz "Twitter" hesabında son dərəcə məsuliyyətsiz bir paylaşım etdiyi müəyyən edilib. Bu insanın Anadolu Agentliyi ilə bütün əlaqələri kəsildi"

BAKI, 15 iyul — Sputnik. Türkiyənin Anadolu Agentliyi Fransanın Nitsa şəhərində törədilən terror aktı ilə əlaqədar, sosial şəbəkə paylaşımı ilə müzakirəyə səbəb olan əməkdaşını işdən çıxarıb. Sputnik xəbər verir ki, bununla bağlı media qurumunun "Twitter" hesabında məlumat yerləşdirilib.

Açıqlamada deyilir: "Fransanın Nitsa şəhərində 84 insanın ölümü ilə nəticələnən terror aktından sonra, daimi əməkdaşımız olmayan və müstəqil jurnalist olaraq zaman-zaman xəbərlərindən istifadə etdiyimiz Ali Kahrıman adlı şəxsin öz "Twitter" hesabında son dərəcə məsuliyyətsiz bir paylaşım etdiyi müəyyən edilib. Bu insanın Anadolu Agentliyi ilə bütün əlaqələri kəsildi".

63
Teqlər:
Anadolu Agentliyi, Nitsa, Fransa, Türkiyə, terror
Əlaqədar
İlham Əliyev Fransua Ollanda başsağlığı verdi
Azərbaycan Fransadakı vətəndaşlarına çağırış etdi: "Kütləvi yerlərdən uzaq durun"
Fransa şokda: 84 ölü, 150 yaralı