Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri

Fransa şokda: 84 ölü, 150 yaralı

80
(Yenilənib 12:40 15.07.2016)
Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasında 84 adamın həyatını itirdiyi, 150-yə yaxın insanın yaralandığı deyilir. Yaralılardan 18-nin vəziyyəti ağır olaraq qalır.

BAKI, 15 iyul — Sputnik. Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 84-ə yüksəlib. Sputnik xəbər verir ki, ölkənin ən əhəmiyyətli milli bayramı olan "Bastiliya Günü"ndə gecə təşkil edilən terror şəhərin tarixindəki ən qanlı olay kimi xarakterizə edilir.

  • Terror qurbanı olan balaca qız
    Terror qurbanı olan balaca qız
    © REUTERS / Eric Gaillard
  • Dəhşətli terror aktının daha bir günahsız qurbanı
    Dəhşətli terror aktının daha bir günahsız qurbanı
    © REUTERS / Eric Gaillard
  • Terror nəticəsində xəsarət almış insanlar
    Terror nəticəsində xəsarət almış insanlar
    © REUTERS / Eric Gaillard
  • Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri
    Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri
    © REUTERS / Eric Gaillard
  • Terorçunun idarə etdiyi yük avtomobilinin ön şüşəsində güllə izləri
    Terorçunun idarə etdiyi yük avtomobilinin ön şüşəsində güllə izləri
    © REUTERS / Eric Gaillard
  • Polislər terorçunun idarə etdiyi yük avtomobilinin qarşınında
    Polislər terorçunun idarə etdiyi yük avtomobilinin qarşınında
    © REUTERS / Eric Gaillard
1 / 6
© REUTERS / Eric Gaillard
Terror qurbanı olan balaca qız

Terror hücumdan xilas olan yüzlərlə adamın şoka girdiyi və bu səbəblə psixoloji dəstəyə ehtiyac duyduqları bildirilir. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasında 84 adamın həyatını itirdiyi, 150-yə yaxın insanın yaralandığı deyilib. Yaralılardan 18-nin vəziyyəti ağır olaraq qalır.

Nitsa Avropa futbol çempionatının keçirildiyi şəhərlərdən biri idi. Hücumdan sonra məşhur müğənni Rihannanın bu gün verəcəyi konsert təxirə salınıb.

© Ruptly .
Первые минуты после теракта в Ницце. Съемка очевидцев

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması" bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanlara çırpılıb. Bundan sonra avtomobildə olan naməlum şəxslər adamlara atəş açıblar.

Məlumata görə, insanlara çırpılan yük maşınının sürücüsü polis tərəfindən öldürülüb. Hücumda iştirak edən digər şəxslər barədə məlumat verilmir.

80
Teqlər:
futbol çempionatı, "Bastiliya Günü", Nitsa şəhəri, Fransa, terror
Əlaqədar
İŞİD Azərbaycanda terror aktları planlaşdırıb - Türkiyədən xəbərdarlıq
İstanbul terrorunda təqsirləndirilənlər arasında Azərbaycan vətəndaşı da var
İstanbul terrorunun istintaqı yekunlaşdı
ABŞ səfirliyi qarşısında terror şoku
Türkiyə xüsusi xidməti terrorçulara necə "açıq verdi" - israilli kəşfiyyatçı danışır
Terrorçuların hansı ölkələrdən gəldikləri bəlli oldu
Qadın Honqkonqda valyutadəyişmə məntəqəsinin qarşısından keçir, arxiv şəkli

Çin turistləri cəlb etmək üçün daha bir yola əl atır

5
Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar.

BAKI, 9 avqust — Sputnik. Çinin Şandun, Şansi, Henan, Şensi, Quyçjou və Qansu əyalətlərində 500-dən artıq turist obyekti daha çox ziyarətçi cəlb etmək məqsədilə biletlərin qiymətini endiriblər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən bildirir ki, ilin sonunadək səyahətçilər görkəmli yerlərə 20-50% güzəştli qiymətlərlə baxa bilərlər.

Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar, obyektə girməmişdən əvvəl isə hərarətləri ölçüləcək və sağlamlıqları barədə məlumat daşıyan xüsusi QR-kodu göstərməlidirlər.

Məsələn, Quyçjou əyalətində hökumət apreldən iyuladək bütün 420 turistik görməli yer üçün pulsuz biletlər təklif edib. Hazırda bu hüquqa yalnız tibb işçiləri malikdirlər, digər şəxslər isə biletin haqqının yarısını ödəyirlər. Biletləri yalnız onlayn almaq olar.

Məmurlar bildirirlər ki, çevik qiymət siyasətinin sayəsində obyektlərdə turistlərin sayı ötənilki göstəricilərin təxminən yarısını təşkil edib.

5

Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”

90
(Yenilənib 23:16 08.08.2020)
Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azerbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov deyir ki, virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir
Vüqar Məmmədov: “Ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınır”

“Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırır. Bu barədə mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

Dünya Tibbi Hüquq Assosiasiyanın birinci vitse-prezidenti, UNESCO bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov Sputnik Azərbaycan-a deyir ki, virusun mutasiya etmə ehtimalı yüksək olduğu üçün əldə ediləcək vaksinlərin nisbi effektiv olacağı ilə bağlı fikirlər var:

“Yəni bir müddət sonra bu vaksinlər də etibarsız ola bilər. Virusla mübarizənin iki mühüm yolu var. Birincisi vaksinasiyadırsa, ikincisi kollektiv immunitetin formalaşdırılmasıdır. Biz kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq. Əslində virusla mübarizə nəticəsində əldə edilən rəqəmlər müsbət istiqamətdədir. Azərbaycanda virusa yoluxan insanların böyük əksəriyyəti sağalıb, yoluxlanların 80 faizi xəstəlyi yüngül formada keçiriblər. Bu cür böyük rəqəmlər nəzərə alınmadan ölüm və yoluxma sayı ilə insanlar depressiv vəziyyətə salınırlar”.

Vüqar Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

90
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

13
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

13