Kofe. Arxiv şəkli

Kofe içərək kar ola bilərsiniz

1205
Kanada alimləri səs-küylə kofenin bir arada istifadəsinin ilginc nəticə ortaya çıxardığını müəyyən ediblər

BAKI, 14 iyun — Sputnik. Makgilla Universitetinin (Kanada, Monreal) alimləri sübut ediblər ki, kofedən davamlı olaraq istifadə etmək səs-küydən sonra eşitmənin bərpasını çətinləşdirir. Bu araşdırmanın nəticələri ilə JAMA jurnalında tanış ola bilərsiniz.

"Qulağın eşitmə qabiliyyəti yüksək səs-küydən sonra müvəqqəti olaraq aşağı düşür. Buna qulağın eşitmə aparatının müvəqqəti sönməsi də deyirlər. Bu, bərpa olunan pozğunluqdur və 72 saatdan sonra yox olur. Əgər bu simptom qalarsa, deməli, zədə hələ də aradan qalxmayıb", — deyə araşdırma müəllifləri bildiriblər.

Tədqiqat müəlliflərinin dəniz donuzları üzərində apardıqları eksperimentin nəticəsində heyvanların kofein qəbul etdikdən sonra eşitmələrinin necə bərpa olunduğu müəyyən edilib. Heyvanlara hər gün eyni saatda rok konsertinin yüksək səsi verilib.

Səkkiz gündən sonra alimlər yüksək səs və kofein verdikləri heyvanlarda eşitmə qabiliyyətinin aşağı düşdüyünü və bərpa olunmadığını müşahidə ediblər. Amma kofein verilməyən digər eksperiment qrupunda eyni effekt müşahidə edilməyib.

Müəlliflərin sözünə görə, gündəlik 25 milliqram kofeinin qəbul edilməsi ardıcıl olaraq səs-küy eşidən adamlarda eşitmənin bərpasına mənfi təsir göstərir. Ümumilikdə isə alimlər hesab edirlər ki, eşitmənin uzun müddət bərpa olunmaması eşitmə orqanının təbii funksiyasının sıradan çıxması ilə də nəticələnə bilər.

Odur ki, səs-küylü yerlərdə işləyənlərə, yaxud da ardıcıl olaraq yüksək səs eşitmək məcburiyyətində qalanlara kofedən çox istifadə etmək məsləhət deyil. Bununla insan eşitmə qabiliyyətini birdəfəlik itirə bilər.

1205
Teqlər:
eşitmə, kofein, kakao, kofe, Makgilla Universiteti, Monreal, Kanada
Əlaqədar
İsrailli siyasətçinin xanımı Obamanı "qara və zəif kofe" adlandırdı
Ramazanda spirtli içki içməyin cəzası nədir?
Bu içki 45 min xərçəng xəstəsini sağaldıb
Alkoqollu içkilərlə bağlı iki dövlət standartı təsdiq edilib
Prezidentlərin görüşündə spirtli içki qalmaqalı
Tibb işçisi əlində Sputnik V peyvəndinin ampulasının tutub, arxiv şəkli

"Sputnik V" peyvəndi onkoloji xəstələrə tövsiyə olundu

4
(Yenilənib 22:09 24.07.2021)
Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib ki, hormonal terapiya da daxil olmaqla (ancaq hematoloji toksikasiya əlamətləri olmayan) uzunmüddətli müalicə kursu alan bütün pasiyentlər vaksinasiyaya cəlb edilə bilərlər.

 

BAKI, 24 iyul — Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi yetkinlik yaşına çatmış vətəndaşların COVID-19-a qarşı peyvənd olunmasına dair müvəqqəti xarakter daşıyan təlimatları yeniləyib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Beləliklə, dəyişikliklərə əsasən, "Sputnik V" peyvəndi başlanğıc səviyyəsindən asılı olmayaraq müalicəsi başa çatmış bütün xərçəng xəstələri üçün tövsiyə olunur. Əməliyyat olunması planlaşdırılan xəstələr isə bundan 14 gün və ya daha əvvəl vaksinasiya oluna bilərlər.

"EpiVakKorona" (Rusiyanın "Vektor" mərkəzinin istehsal etdiyi peyvənd preparatı) peyvəndi isə allergiyanın ağır formalarından, bədxassəli şişlərdən, ilkin immun çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə əks-göstəriş sayılır.

Ancaq kəskin infeksion və ya yoluxucu olmayan xəstəlik keçirmiş şəxslərə sağaldıqdan 2-4 həftə sonra bu preparatla peyvənd olunmaları tövsiyə edilir.

Peyvəndin hər hansı bir komponentinə qarşı həssaslıq, xəstəlik tarixçəsində şiddətli allergik reaksiyalarla bağlı halların mövcud olması, ana südü ilə qidalanma vaksindən imtina üçün səbəb sayıla bilər. Bununla belə, hamiləlik inyeksiya üçün əks göstəriş hesab olunmur.

Nazirliyin mətbuat xidməti əmin edir ki, xərçəng əleyhinə müalicə alan xəstələr üçün peyvənd sonrası reaksiyaların artma riski yoxdur.

Nazirlikdən o da bildirilib ki, hormonal terapiya da daxil olmaqla (ancaq hematoloji toksikasiya əlamətləri olmayan) uzunmüddətli müalicə kursu alan bütün pasiyentlər vaksinasiyaya cəlb edilə bilərlər.

 

4
Teqlər:
onkoloji xəstəlik, Rusiya, Sputnik-V peyvəndi, peyvənd

Rusiya elektrik mühərrikli təyyarəsini göstərdi

6
İlk sınaq uçuşuna çıxan təyyarənin elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusunu iki adi turboreaktiv mühərrik  tamamlayır.

BAKI, 24 iyul - Sputnik. Rusiyanın elektrik mühərriki ilə təchiz edilmiş Як-40ЛЛ laboratoriya təyyarəsi MAKS-2021 aviasalonunda ilk sınaq uçuşunu keçirib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti-yə Perspektiv Araşdırma Fondunun mətbuat xidmətindən məlumat veriblər.

"Bu dəqiqələrdə MAKS-2021 aviasalonunda Як-40 təyyarəsinin nümayiş uçuşu oldu. Təyyarə yüksək keçiriciliyə malik elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusu ilə təchiz olunub. Uçuş zamanı pilot elektrik güc qurğusunu işə salıb", - mətbuat xidmətindən bildirilib.

Elektrik mühərriki ilə qaz-turbin mühərriki əsasında hibrid güc qurğusunu iki adi turboreaktiv mühərrik  tamamlayır. O, akkumulyator batareyaları,  500 kVt (680 at gücü) gücündə elektrik nühərriki və enerşi şəbəkəsindən (turboyivli mühərrik və ona qoişulmuş elektrik generatoru) ibarətdir. Yüksək temperatu və yüksək keçiricilik qabiliyyətinə malik texnologiyalar və kriogen soyutma sistemi sayəsində elektrik mühərriki analoqlarından 5-20% sərfəlidir.

Təyyarənin hibrid mühərrikinin sınaqları fevralda Novosibirskdə başlanıb.

MAKS-2021

Jukovski aerodromundakı aviasalon iyulun 20-də başlayıb və iyulun 25-dək davam edəcək. Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.

Eləcə də oxuyun:

6
Teqlər:
mühərrik, elektrik, təyyarə, Rusiya