Birləşmiş Ştatların keçmiş prezidenti, oğul Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində

Eks-prezident yas mərasimində rəqs etdi

37
Corc Buş "Respublikanın hərbi himni" ifa olunan zaman rəqs etməyə başlayıb

BAKI, 13 iyul — Sputnik. Birləşmiş Ştatların keçmiş prezidenti, oğul Corc Buş Dallasda həlak olan polislər üçün təşkil edilmiş yas mərasimində rəqs edib. Sputnik Teleqraf-a istinadən xəbər verir ki, kiçik Buş "Respublikanın hərbi himni" ifa olunan zaman rəqs etməyə başlayıb.

Bu kadrları əks etdirən video artıq "YouTube" portalında da yayılıb. Videoda keçmiş dövlət başçısının gülümsədiyi və musiqinin tempinə uyğun oynadığı açıq-aydın görünür. Buşun bu addımı onun yanında dayanan ABŞ prezidenti Barak Obama və xanımı Mişeli, eləcə də Buşun öz həyat yoldaşını təəccübləndirib.

Xatırladaq ki, iyulun 7-dən 8-nə keçən gecə Dallasda snayperin açdığı atəşlər nəticəsində beş polis həlak olub, 7 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.

37
Teqlər:
Dallas, Corc Buş, yas mərasimi, Birləşmiş Ştatlar, ABŞ
Əlaqədar
Ceb Buş prezident postu uğrunda mübarizəni dayandırıb
Corc Buş “Azərbaycan” deməyi necə öyrəndi?
91 yaşlı ata Corc Buşun boynu qırılıb
Ceb Buş ABŞ prezidentliyinə namizədliyini irəli sürüb