İki nazir istefaya göndəriləcək

© AFP 2023 / MANDEL NGANGürcüstanın müdafiə naziri Tinatin Xidaşeli. Arxiv şəkli
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki nazir bir neçə gün müddətində hər şeyi baş nazir və partiyalarla razılaşdırmalıdır. Onlar hazırda rəhbərlik etdikləri işləri başa çatdırıb fəal şəkildə partiya fəaliyyətinə qoşulacaqlar.

© Photo : Gürcüstan Respublikaçılar PartiyasıGürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili. Arxiv şəkli
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili. Arxiv şəkli - Sputnik Azərbaycan
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili. Arxiv şəkli
BAKI, 12 iyul — Sputnik. Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli istefaya gedir. Sputnik Gürcüstan-ın xəbərinə görə, bu barədə parlamentin spikeri David Usupaşvili məlumat verib.
Braziliya prezidenti Dilma Rusef - Sputnik Azərbaycan
Prezident istefa verməyəcək

Spikerin sözlərinə görə, Xidaşeli ilə birlikdə tutduğu vəzifəni, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili də tərk edəcək.

Məlum olduğu kimi, Xidaşeli və Zakareişvili "Respublika partiyası"nın üzvləridir və onlar seçkiqabağı kampaniyaya fəal şəkildə qoşulacaqlar. Oktyabrın 8-də keçiriləcək parlament seçkilərinə heç vaxt hakim "Gürcü arzusu" koalisiyasına qoşulmayan partiyalar müstəqil şəkildə gedəcək.

Usupaşvili qeyd edib ki, hər iki nazir bir neçə gün müddətində hər şeyi baş nazir və partiyalarla razılaşdırmalıdır. Onlar hazırda rəhbərlik etdikləri işləri başa çatdırıb fəal şəkildə partiya fəaliyyətinə qoşulacaqlar.

Qeyd edək ki, Usupaşvili və Xidaşeli həm ər-arvad, həm də "Respublika partiyası"nın liderləridir.

Xəbər lenti
0