Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter

İraqa gözlənilməz səfər

12
(Yenilənib 15:05 11.07.2016)
ABŞ-ın müdafiə naziri, Mosul şəhərinin terrorçulardan azad edilməsi planları haqqında danışmaq İraqa yollanıb

BAKI, 11 iyul — Sputnik. Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, amerikalı nazir səfər zamanı İraqın baş naziri Haydar əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi ilə görüşəcək.

Karter, həmçinin İŞİD terrorçuları ilə mübarizə üzrə koalisiya qüvvələrinin komandanı Şon Makfarlandla da görüş keçirəcək. Məlumata görə, ABŞ müdafiə naziri İraqa Mosul şəhərinin terrorçulardan azad edilməsi planları haqqında danışmaq üçün yollanıb.

12
Teqlər:
Şon Makfarland, Xalid əl-Obeydi, Eşton Karter, Haydar əl-Abadi, Mosul, İraq, Birləşmiş Ştatlar, səfər, ABŞ, İŞİD
Əlaqədar
Pentaqon rəhbəri Eşton Karter gözlənilmədən İraqa gəlib
Pentaqon şefi: Rusiya ilə müharibə istəmirik, amma...
Pentaqon: Türkiyə yaxın zamanda İŞİD-ə qarşı əməliyyatlara qoşulacaq
Rəsmi Bakı Pentaqonla əlaqələrini yenidən bərpa edir
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

8
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

8
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Kitab oxuyan şəxs, arxiv şəkli

"Qara sözləri" indi ana dilimizdə oxuya biləcəksiniz

14
(Yenilənib 18:41 23.11.2020)
Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.

BAKI, 23 noyabr — Sputnik. Mahmud Kaşqari adına Beynəlxalq Fondun "İRS" seriyasında böyük qazax şairi Abay Kunanbayevin bütün şeirlərinin, poemalarının və "Qara sözləri"nin Azərbaycan dilinə tərcüməsindən ibarət kitabı nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, kitabdakı tərcümələr ilk dəfə olaraq qazax dilindən Azərbaycan dilinə uyğunlaşdırılıb. Tərcümələr Elxan Zal Qaraxan və İbrahim İlyaslıya məxsusdur.

"Qazax xalqının dan ulduzu" adlı "Ön söz"ün müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Rəyçi və "Abayın əsərlərinin Azərbaycan nəşri barədə" yazının müəllifi filologiya elmləri doktoru, professor Knyaz Mirzəyevdir. Külliyyatın məsləhətçiləri professorlar Sabit Dosanov və İmdat Avşar, redaktorları Əkbər Qoşalı və Əfqan Nəsirlidir.

Kitabın ilk səhifələrində professor Akılbek Şayaxmetin "Tərcümələrdə Abayın taleyi" araşdırması da yer alıb. 448 səhifəlik nəşrin "Birinci kitab" bölməsinə "Şeirlər və poemalar", "Son illərdə tapılan şeirləri", "Mənzum dastanlar" və "İkinci kitab" bölməsinə 45 dənə "Qara sözlər" cəm olunub.

Rəhbəri Elxan Zal Qaraxan olan "İRS" seriyasından Nursultan Nazarbayev, Oljas Suleymenov, Sabit Dosanov, Berik Şaxanov kimi qazax müəlliflərinin kitabları da işıq üzü görüb.

14
Teqlər:
tərcümə, Abay Kunanbayev, kitab