BAKI, 9 iyul – Sputnik. Varşavada NATO-nun növbəti sammiti keçirilib. Üzv ölkələrin prezident və hökumət başçılarının iştirak etdiyi sammitin ilk günündə Rusiyaya qarşı bir sıra qərarlar qəbul edilib.
Sputnik xəbər verir ki, konfrans sonrası mətbuata açıqlama verən baş katib Yens Stoltenberq Şərqi Avropanın Rusiya ilə sərhəddinə 4 min NATO əsgəri göndəriləcəyini bildirib.
“NATO qüvvələri alyansın cənub-şərq bölgəsində hərbi mövcudluğunu gücləndirmək məqsədilə rumın generalların başçılığı altında çoxmillətli briqadanın yaradılması barədə razılığa gəlib. Nəzərdə tutulan 4 briqada Baltikyanı ölkələr və Polşaya yerləşdiriləcək”, — deyə Stoltenberq qeyd edib.
Alyansın baş katibi əlavə olaraq deyib ki, NATO-ya üzv dövlətlərin liderləri Avropadakı RƏM (Raket Əleyhinə Müdafiə) sistemlərinin ilkin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsi barədə razılığa gəliblər:
“Yeni qərarla Amerikanın İspaniyadakı hərbi gəmiləri, Türkiyədəki radarlar, eləcə də Rumıniyadakı RƏM sistemi artıq NATO komandanlığının nəzarətində fəaliyyət göstərə biləcək”.
NATO-da alınan qərarları Sputnik-ə şərh edən türk politoloq Ahmet Akaydın, Rusiya ilə NATO münasibətlərinin yenidən gərginləşə biləcəyini deyib.
“Raket Əleyhinə Müdafiə sistemlərinin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsi barədə razılıq olduqca təhlükəli qərardır. Bu birbaşa müharibəyə hazırlıq deməkdir. Əlbəttə, məqsəd Rusiyanın gözünü qorxutmaq olsa da, Moskvada bunu başqa cür də anlaya bilərlər. Üstəlik Avropanın şərqinə, Rusiya ilə sərhədə əlavə 4 min əsgərin göndərilməsi Moskvanı daha da qəzəbləndirə bilər. Onsuz da, Kreml son dövrlər bölgədə fəal siyasət aparırdı, NATO-nun yeni qərarları ilə birlikdə bu aqressivlik daha da arta bilər. Ona görə də, alyans qərarlar verən zaman Moskvanı çox da qıcıqlandırmamalıdır”, — deyə politoloq əlavə edib.
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.
BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.
Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.