Angela Merkel dönərçi oldu

© Photo : galebourn/imgur.comAlmaniya kansleri Angela Merkel paytaxt Berlində keçirilən ənənəvi yay bayramında iştirak edir. Arxiv şəkli
Almaniya kansleri Angela Merkel paytaxt Berlində keçirilən ənənəvi yay bayramında iştirak edir. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya kansleri paytaxt Berlində keçirilən ənənəvi yay bayramında iştirak edib

BAKI, 7 iyul — Sputnik. Almaniya kansleri Angela Merkel paytaxt Berlində keçirilən ənənəvi yay bayramında iştirak edib. Təmsilçi şirkətlərin stendləri ilə tanış olan Merkel dönər dəzgahının arxasına keçib.

Sputnik haberturk-ə istinadən xəbər verir ki, Almaniya hökumətinin başçısı türk mətbəxinə aid dönərin hazırlanmasını izləyib və özü də dönər kəsib, sonra da dadıb. Almaniya kansleri dönərçilərlə şəkil də çəkdirib.

Dönərçi Hanif Aydın deyib ki, Merkel dönəri ləzzətlə yeyib və görünür ki, bu dad onun çox xoşuna gəlib.

Xəbər lenti
0