Avtomobil qəzası

Güclü sel 10 evi, bir neçə körpünü dağıtdı

38
Təbii fəlakət Ordu vilayətinin Fatsa, Perşembe, Gürgentepe və Çatalpınar rayonlarında yaşanıb

BAKI, 5 iyul — Sputnik. Türkiyənin Ordu vilayətində leysan yağışları nəticəsində əmələ gələn sel və torpaq sürüşməsi 10 evi, bir neçə körpünü dağıdıb. Sputnik Sabah-a istinadən xəbər verir ki, təbii fəlakət vilayətin Fatsa, Perşembe, Gürgentepe və Çatalpınar rayonlarında yaşanıb.

Xəbərə görə, bölgədə 16 yerdə torpaq sürüşməsi qeydə alınıb, bəzi sənaye ərazilərində iş yerlərini və avtomobilləri su basıb.

38
Teqlər:
Çatalpınar, Gürgentepe, Perşembe, Fatsa, Ordu vilayəti, təbii fəlakət, torpaq sürüşməsi, Türkiyə, sel
Əlaqədar
Sel Gədəbəyə güclü ziyan vurub
İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar dağılıb
Samux sakinini sel apardı
Lerik sel suları altında qalıb
Çempionlar liqasında qollar sel kimi yağdı
Sel 150-dən artıq insanın həyatına son qoydu
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

13
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

13
ABŞ bayrağı, arxiv şəkli

ABŞ daha rejimləri devirməyəcək, xeyri yoxdur...

21
Amerikalılara televiziya ilə müraciətində Entoni Blinken qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.

BAKI, 3 mart - Sputnik. ABŞ bundan belə rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək. Çünki bunun artıq heç bir nəticəsi yoxdur. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Amerikalılara televiziya ilə müraciətində o qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.

"Ancaq biz onu bahalı hərbi əməliyyatlar və ya avtoritar rejimləri güclə yıxmaq yolu ilə təşviq etməyəcəyik. Keçmişdə bu cür taktikanı sınadıq, niyyətimizin nə qədər xoş olmasına rəğmən, bu taktika işləmədi", - dövlət katibi deyib.

Onun sözlərinə görə, Vaşinqton bunu "başqa cür" edəcək, islahat və demokratiya cəhdlərində nümunə olmaqla.

Xatırladaq ki, Münhen konfransında ABŞ prezidenti Co Bayden "Amerikanın dünya arenasına qayıtdığını" bəyan etmişdi. Onun xarici siyasətində əsas yeri isə Avropa ilə əməkdaşlıq tutacaq.

21
Teqlər:
demokrat, dünya, ABŞ