Uilyam Şekspir

Şekspirlə bağlı maraqlı iddia

97
(Yenilənib 17:10 04.07.2016)
Türkiyəli tarixçi: "Onun əsl adı Şekspir yox Şeyx Pirdir, adının mənası da ustad deməkdir"

BAKI, 4 iyul — Sputnik. Türkiyəli tarixçi Kadir Mısıroğlu məşhur ingilis şairi Uilyam Şekspir haqda maraqlı iddia ortaya atıb. Sputnik timeturk-ə istinadən xəbər verir ki, tarixçi Şekspirin ingilis olmadığını, əsl adının Şeyx Pir, özünün də müsəlman olduğunu deyib.

"İngiltərəyə üz tutanlar çox yaxşı bilirlər ki, o millətdə Şekspir adı yoxdur. Heç vaxt da belə bir ada rast gəlinməyib. Tam əminliklə deyirəm ki, həmin şair müsəlman olub", — tarixçi bildrib.

Onun sözlərinə görə, sadəcə olaraq ingilislərin danışıq dili şərqlilərdən fərqli olduğu üçün, ona Şekspir deyiblər: "Əslində Şekspir yox, Şeyx Pirdir, adının mənası da ustad deməkdir".

K. Mısıroğlunun iddiasına görə, Şeyx Pir (Şekspir) gizli müsəlman olub: "500 il öncə yazdığı bir teatr səhnəsini azyaşlı ingilislər belə, rahat anlayır və başa düşürlər".

97
Teqlər:
Şeyx Pir, Kadir Mısıroğlu, ingilis, şair, Uilyam Şekspir, türk
Əlaqədar
Şekspirin “Hamlet”i Azərbaycan səhnəsində
Uilyam Şekspir "nəşəxor" olub
Vətəndaş həmrəyliyinə nail olmaq istəyən şair
Ələbaxan yazıçının, şairin günü...
Dahi Azərbaycan şairinin xatirəsi anılıb
Xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişib
Şair Məmməd Aslan dünyasını dəyişib
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

59
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

59
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

96
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

96