Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki ABŞ konsulluğu qarşısındakı partlayış. 6 dekabr 2004

ABŞ səfirliyi qarşısında terror şoku

57
(Yenilənib 12:59 04.07.2016)
Diplomatik korpusun binasını havaya uçurmaq istəyən şəxs öldürüldü

BAKI, 4 iyul — Sputnik. Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxs zərərsizləşdirilib. Sputnik Telegraph-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı polisi bazar ertəsi gecəsi Ciddə şəhərindəki ABŞ konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxsi vurub.

Silahlı şəxs Amerika diplomatik korpusu binasının yaxınlığına gələrək üzərindəki partladıcı maddəni işə salmaq istəyib. Lakin polis vaxtında atəş açaraq onu öldürüb.

Öldürülmüş şəxsin kimliyi isə hələlik açıqlanmayıb. Məlumata görə, hadisə zamanı iki polis əməkdaşı da yaralanıb.

Xatırladaq ki, ABŞ-ın Ciddədəki konsulluğu 2004-cü ildə də hücuma məruz qalmış, 9 nəfər həlak olmuşdu.

57
Teqlər:
kamikadze, Səudiyyə Ərəbistanı, Birləşmiş Ştatlar, ABŞ, terror
Əlaqədar
ABŞ səfirliyi Ankaradakı terrorla bağlı əvvəlcədən vətəndaşlarına xəbərdarlıq edib
ABŞ səfirliyi: Azərbaycanla dialoqa hazırıq
Pakistanda ABŞ səfirliyinin əməkdaşı öldürülüb
ABŞ Fransa prezidentlərini səfirliyin damından dinləyib
Misirdə ABŞ səfirliyinin əməkdaşı həbs edildi