Berlindəki Polşa İnstitutunun binası qarşısında bir-birinə düyünlənmiş Aİ və Polşa bayraqları. 23 yanvar 2016

Avropa İttifaqında yeni çalxalanma

58
Polşa Aİ ölkələri ilə sərhəddə güclü nəzarət tətbiq edəcək. Nəzarət digər ölkələrin verdiyi məlumatların təhlilinə əsaslanaraq, fərdi qaydada müəyyən şəxslərə qarşı həyata keçiriləcək.

BAKI, 4 iyul — Sputnik. Polşa avqust ayınadək Avropa İttifaqı ölkələri olan Çexiya, Almaniya, Slovakiya, Litva ilə sərhəddə, eləcə də limanlar və aeroportlarda nəzarət tətbiq edəcək. Sputnik Ria-ya istinadən xəbər verir ki, bu tədbirlər Polşada iyulun 8-9-da NATO sammitinin, iyulun sonlarında isə Dünya Gənclər Gününün keçirilməsi ilə bağlıdır.

Nəzarət digər ölkələrin verdiyi məlumatların təhlilinə əsaslanaraq, fərdi qaydada müəyyən şəxslərə qarşı həyata keçiriləcək. Bu qayda avqustun 2-dək davam edəcək.

 

58
Teqlər:
Litva, Slovakiya, Polşa, Çexiya, Avropa İttifaqı, Almaniya
Əlaqədar
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
Böyük Britaniyasız Avropa İttifaqının gələcəyi - ən arzuolunmaz ssenari hansıdır?
Britaniya Avropa İttifaqı sıralarına qayıda bilər
Avropa İttifaqı şotlandlara müstəqillik təklif edir
Avropa İttifaqı üçün "ölüm ssenarisi" işə düşür
Gənələr

zaman bitəcək? Çində yeni virus yeddi adamı öldürdü

3
Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoyda daha 23 nəfərdə SFTS aşkarlanıb

BAKI, 8 avqust — Sputnik. Çində yeni növ, gənələr vasitəsilə keçən SFTS tipli virus yayılıb. Bu virusdan artıq minimum 7 nəfər ölüb, 60 nəfər yoluxan var.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Bu virus hələ 2011-ci ildə aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gənənin yoluxdurduğu insandan SFTS virusu digər insana qan və ya selikli qişa vasitəsilə keçə bilir. 

Nəşrin məlumatına görə, Çinin Szyansu əyalətində bu ilin birinci yarısında 37 nəfər yoluxub, bu yaxınlarda isə Anhoy əyalətində daha 23 nəfərdə SFTS aşkarlanıb.

Həkimlər xatirladıblar ki, təhlükə mənbəyi gənə olduğundan, bütün təhlükəsizlik qaydalarına riayət edilərsə, panikaya əsas yoxdur. 

3
Əlaqədar
Koronavirusu spreylə dayandıracaqlar
Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Ultrabənövşəyi şüa koronavirusu öldürür
Spirt və xlor ən effektiv vasitədir
Federal Təhqiqatlar Bürosunun avtomobili, arxiv şəkli

Dünyaca məşhur "yutuber"in evindən çıxanlar hər kəsi şok etdi

8
(Yenilənib 15:10 08.08.2020)
Dünyaca məşhur "youtuber"in evindən çıxanlar hər kəsi şok etdiDünyaca məşhur "youtuber"in evindən çıxanlar hər kəsi şok etdi

BAKI, 8 avqust — Sputnik. Məşhur “YouTube” vlogeri Jak Polun Los-Ancelesdəki lüks villasında əməliyyat keçirilib. Sputnik Azərbaycan bildirir ki, ABŞ-ın Federal Təhlükəsizlik Xidməti ulduzun yeddi milyon dollarlıq villasına zirehli maşınla daxil olub. Onun malikanəsindən çox sayda silah-sursat ələ keçirilib. Qonşuları gecə vlogerin evindən partlayış səslərinin gəldiyini deyiblər.

23 yaşlı J.Pol ABŞ-da qaradərililərin etirazlarında iştirakda ittiham edilir.

Arizona ştatında alış-veriş mərkəzinin talanmasından sonra onun tutulması ilə əlaqədar evində axtarış barədə qərar çıxarılıb.

Qeyd edək ki, sosial media fenomeninin 20 milyondan çox izləyicisi var. Məşhur, eyni zamanda, ABŞ-ın yerli mətbuatında ötən ildən 2 milyon vergi borcu olması ilə gündəmi zəbt edib.

8
Əlaqədar
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Səhvi yüz on dörd il sonra yada saldılar, üzr istədilər
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
Azərbaycanlı model Los Ancelesdəki dəbdəbəli villasını göstərdi
Avtobus

Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO

0
(Yenilənib 16:10 08.08.2020)
İcazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına söz verən kişinin heç sürücülük hüququ olmadığı ortaya çıxıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərabaycan-a verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Balakəndə istirahət edənləri polis sıraya düzdü
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib