Devid Şmit köpəkbalığını əlləri ilə tutub saxlayıb

Kim bu riskə gedərdi?

580
(Yenilənib 14:02 03.07.2016)
Balıqçı alimlərə lazım olan köpəkbalığını əlləri ilə tutub saxlayaraq, onun ağzını açıb və alimlərin köpək balığını foto və video lentə almalarına yardım edib

BAKI, 3 iyul — Sputnik. ABŞ-ın Şimali Karolina ştatında maraqlı hadisə baş verib. Sputnik Haberler.com-a istinadən xəbər verir ki, balıqçı Devid Şmit (David Schmidt) elm adamlarının araşdırmalarına kömək etmək məqsədilə həyatını riskə atıb.

Belə ki, balıqçı alimlərə lazım olan köpəkbalığını əlləri ilə tutub saxlayaraq, onun ağzını açıb və alimlərin köpək balığını foto və video lentə almalarına yardım edib. Bu hadisə yerli əhali tərəfindən maraqla qarşılanıb və hadisə anbaan lentə alınıb.

580
Teqlər:
köpəkbalığı, David Schmidt, Devid Şmit, balıqçı, Şimali Karolina, ABŞ
Əlaqədar
Polis yırtıcı quşlardan istifadə edəcək
Üzə bilən, balıq yeyən yeni hörümçək kəşf edilib
40 ton balıq ölərək suyun səthinə çıxdı
Anomal istilər Xəzərin Azərbaycan sektorundakı balıqları öldürməyib