Türkiyə Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarə

PKK düşərgələrinin bombalanmasının görüntüləri yayıldı

249
Türk qırıcıları İraqın şimalında yerləşən terrorçuların sığınacaqlarına 27 zərbə endirib. Əməliyyat uğurla başa çatıb.

BAKI, 3 iyul — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarələr İraqın şimalında yerləşən Zap və Qara bölgələrində əməliyyat keçirib. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 1-i saat 21:58-dən 23:46-dək həmin bölgələrdə PKK-ya aid sığınacaqlar bombalanıb.

Əldə olunan kəşfiyyat məlumatlarına əsasən, bölgədə 27 hədəfə zərbə endirilib. Əməliyyat uğurla başa çatıb.

249
Teqlər:
Türkiyə Hərbi Hava Qüvvələri, bombardıman, əməliyyat, İraq, qırıcı təyyarələr, terror
Əlaqədar
42 PKK terrorçusu türk polisinə təslim oldu
PKK-ya qarşı əməliyyatlarda beş türk əsgəri şəhid olub
PKK-nın Suriyadakı qolu Əsədin 60 əsgərini əsir götürdü
Ərdoğan PKK-nın arxasında Qərbin dayandığını bildirib
Kürd müğənni PKK-nı lənətlədi
PKK videomüraciət yaydı: "Türkiyəyə qarşı savaşın"
Laboratoriya işçisi, arxiv şəkli

Koronavirusla mübarizədə yeni üsul - şüa terapiyası

3
(Yenilənib 23:07 14.08.2020)
Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

BAKI, 15 avqust — Sputnik. Alimlər koronavirusun müalicəsi üçün yeni üsul təklif ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər koronavirusu müalicə etmək üçün şüalanmadan istifadə etməyi təklif edirlər.

Məlumata görə, müalicə üsulunu eyni zamanda bir çox ölkələrin elmi kollektivləri təklif edib. Söhbət şüalanma terapiyasından gedir.

Məsələn, Kanadanın Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin mütəxəssisləri müəyyən ediblər ki, aşağı dozalı rentgen şüaları pnevmoniyadan ölüm riskini 20 faiz azaldır.

Eyni zamanda bu terapiya üsulu sətəlcəmin ən kəskin dövründə ölüm hallarını iki dəfə azalda bilər.

Artıq bu metodika ABŞ-da sınaqdan keçirilib.

Araşdırmada iştirak edən 10 xəstə 12 gün əvəzinə 3 günə sağala bilib, bununla yanaşı, xəstəxanadan çıxma müddəti 20 gündən 12 günə düşüb.

Eyni zamanda, Amerika radioloqları bu müalicənin əks-təsirləri haqqında məqalə hazırlayıblar. Onların fikrincə, şüa terapiyası yalnız iltihabı azaldır, həm də koronavirusla mübarizə üçün lazım olan immun hüceyrələri öldürür.

Rusiya alimlərinin fikrincə isə bu müalicə forması heyvanlar üzərində sınandıqdan sonra istifadə edilə bilər.

"COVID-19 zamanı ağciyər toxumalarının bərpası pozulur. Radiasiya terapiyası bu prosesi yalnız ağırlaşdıra bilər. Ağciyərlərin fibrozlaşması yalnız şiddətlənər", - deyə professor Qalina Reva bildirib.

Onun sözlərinə görə, alimlər hələ də koronavirus infeksiyası barədə çox məlumatlı deyillər. Bu səbəbdən də insan bədənini sınaq meydanına çevirmək yolverilməzdir.

3
Teqlər:
müalicə, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
Aktrisa Leoni Hemsvort oğlu Kris Hemsvortla birgə, arxiv şəkli

Aktyor Kris Hemsvortun altmış yaşlı anasının gəncliyi gözəlliyi hər kəsi şoka salıb

8
(Yenilənib 22:48 14.08.2020)
Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü bildirib

BAKI, 15 avqust — Sputnik. Aktyor Kris Hemsvortun "əbədi gənc" hesab olunan 60 yaşlı anasının gözəlliyinin sirri açılıb. Aktyorun həyat yoldaşı Elsa Patakinin (Elsa Pataky) qaynanası ilə bağlı fikirləri Britaniyanın Daily Mail tabloidində yer alıb.

Fotomodel və aktrisa olan Elsa Pataki qaynanası Leoninin ciddi qidalanma rejimi sayəsində 30 il daha gənc göründüyünü izah edib. "O, bizim bildiyimiz ciddi intervalla aclıq prinsiplərinə riayət etməyə başlayan ilk adam idi. Və Leoni möhtəşəm görünür. Onun 60 yaşı var, lakin ildən-ilə daha da gözəlləşir", - deyə Pataki bildirib.

Leoni bu rejimə həftədə bir gün yeməkdən başlayıb. Sonra o, hər gün 15-16 saat ərzində qidadan uzaq durmağa başlayıb.

Leoni Hemsvortun zahiri görünüşü aktyorun pərəstişkarlarını heyran edib. Kris may ayında Analar Günündə anası ilə çəkdirdiyi şəklini paylaşıb. Şəkli şərh edənlər Leoninin zahiri görünüşünə təriflər yağdırıblar. Hətta qeyd ediblər ki, Leoni sanki Krisin anası yox, bacısıdır.

Daha əvvəl media 56 il aktyor sənəti və ingilis dili üzrə müəllim işləmiş 81 yaşlı London sakininin gənc və gözəl görünüşünün sirrini açmağa çalışmışdı. Qadın bildirmişdi ki, aktiv həyat tərzi keçirir, gündəlik meditasiya edir və cavanlaşdırıcı kremlərdən istifadə edir.

8
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib
Dünya şöhrətli model: "Özümü faydasız hiss edirəm"
Türkiyəli məşhur aktrisadan nümunəvi addım
Nişan üzükləri, arxiv şəkli

Evlənənlər "üç manat pul, bir kəllə qənd, bir molla" variantına keçməlidirlər

9
(Yenilənib 12:29 15.08.2020)
Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir.

BAKI, 15 avqust — Sputnik. "Toylar kütləvi tədbirlər kateqoriyasına aiddir. Bu səbəbdən yalnız masa arxasında makadan istifadə edilməməsinə icazə verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən ictimai iaşə yerlərinin açılmasına icazələr veriləndə toylar nəzərdə tutulmur.

Hacıyev deyib ki, əmək tutumluluğuna görə toyların keçirilməsi müsbət addım olardı: “Lakin digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub".

"Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”, - deyə H.Hacıyev əlavə edib.

9