Titanik

Türk həkim "Titanik" faciəsindən necə qurtuldu?

66
Otel işçisindən onu səhər tezdən oyatmasını istəmişdi. Ancaq otel işçisi Besim Ömər Paşanı oyandırmağı unutdu və Besim Ömər qatarı qaçırdı.

BAKI, 1 iyul — Sputnik. Besim Ömər Akalın Türkiyədə müasir ginekologiya elminin əsas simalarındandır. Ölkədə ilk doğum evi açan, bu sahədə ilk müasir kitab nəşr edən insandır.

Sputnik milliyet-ə istinadla xəbər verir ki, 1912-ci ilin may ayında Nyu-Yorkda keçiriləcək Qızıl Xaç konfransına qatılmaq üçün bir ay əvvəldən "Titanik" gəmisində özünə yer alır. Gəminin ilk dayanacağı Fransanın Cherbourq şəhəri idi və Besim Ömər oraya qatarla getməyi planlaşdırırdı.

Otel işçisindən onu səhər tezdən oyatmasını istəmişdi. Ancaq otel işçisi Besim Ömər Paşanı oyandırmağı unutdu və Besim Ömər qatarı qaçırdı.

O, Cherbourqda yeni səfər üçün gözləmək məcburiyyətində idi. 5 gün sonra gələn xəbər onu şoka saldı. Qaçırdığı gəmi — "Titanik" buz dağı ilə toqquşaraq batmış və 1514 adam həyatını itirmişdi.

Bu fəlakətdən xilas olan Besim Ömər başqa bir gəmiylə Vaşinqtona çatdı və konfransda Osmanlı İmperatorluğunu təmsil etdi. O, bu hadisədən sonra "Yer üzünün ən bəxtiyar insanı mənəm" demişdi.

66
Teqlər:
"Titanik" gəmisi, Qızıl Xaç konfransı, ginekologiya, Besim Ömər Akalın, gəmi, Nyu-York, Türkiyə
Əlaqədar
Titanik gəmisinin menyusu auksiona çıxarılıb
Hərbi gəmidə üsyan
FHN: Xəzərdə Rusiya gəmisində yanğının söndürülməsi davam edir
Daha bir mühacir gəmisi batdı
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

11
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

11
Teqlər:
nazir, Ermənistan, azad edilmə
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

17
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması