Oleq Peşkovun ailəsinə Antalyada ev veriləcək

Ölən rus pilotun ailəsinə Antalyada ev veriləcək

35
Bələdiyyə sədri: "Bu təkliflərimiz qəbul ediləcəyi təqdirdə həyatını itirən pilotun ailəsini Kəmərdə görmək bizləri xoşbəxt edəcək"

BAKI, 1 iyul — Sputnik. Türkiyənin Antalya şəhərinin Kəmər bələdiyyəsi, Rusiyanın vurulan Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ailəsinə ev verəcək. Sputnik haberturk-ə istinadla xəbər verir ki, bu barədə Kəmər bələdiyyəsinin sədri Mustafa Gül açıqlama verib.

Bələdiyyə sədri bu istəyini Rusiyanın Antalyadakı Baş konsulluğuna çatdırıb. Bununla əlaqədar bələdiyyə sədri Rusiyanın Antalyadakı baş konsulu Aleksandr Tolstopyatenko ilə görüşüb.

1 / 10
Oleq Peşkovun ailəsinə Antalyada ev veriləcək

Jurnalistlərin suallarını cavablayan Mustafa Gül deyib ki, Kəmərdəki otellər və qeyri-hökumət təşkilatlarının imzası ilə ölən pilota Kəmərdən ev vermək qərarına gəliblər: "Bu təkliflərimiz qəbul ediləcəyi təqdirdə həyatını itirən pilotun ailəsini Kəmərdə görmək bizləri xoşbəxt edəcək".

Qeyd edək ki, Türkiyənin hava məkanını pozduğu iddia olunan, Rusiyaya məxsus Su-24 təyyarəsi Suriya ilə sərhəddə vurulub. Oleq Peşkovun cənazəsi Türkiyədən Rusiyaya noyabrın 30-da gətirilib.

35
Teqlər:
Aleksandr Tolstopyatenko, Mustafa Gül, Oleq Peşkov, Su-24 təyyarəsi, Kəmər, Antalya, Rusiya, Türkiyə
Əlaqədar
Türk deputat: "Alparslan Çeliki rus pilotunu öldürdüyünə görə tutmayıblar"
Rus pilot türkmənlərin əlinə keçməsi videosu yayıldı
Türkiyənin vurduğu Su-24 təyyarəsinin pilotu dəfn edilib
Ankara terrorunun hədəfi türk hərbi pilotları olub