İsrailin baş naziri Benyamin Netanyahu

İsrail hökuməti Türkiyə ilə razılaşmanı təsdiqlədi

59
Razılaşmaya görə, İsrail "Mavi Mərmərə" hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək

BAKI, 29 iyun — Sputnik. İsrail hökuməti Türkiyə ilə münasibətlərin normallaşmasına dair sənədi təsdiqləyib. "Report" İsrail KİV-inə istinadən xəbər verir ki, 7 nazir sənədin lehinə, 3-ü isə əleyhinə səs verib.

Məlumata görə, İsrailin müdafiə naziri Aviqdor Liberman, maarif naziri Naftali Bennet və ədliyyə naziri Ayelet Şaked sənədin təsdiqlənməsinin əleyhinə olublar.

Razılaşmaya görə, İsrail 2010-cu ildə "Mavi Mərmərə" hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Bundan başqa, İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşını öldürmüşdü.

59
Teqlər:
razılaşma, təzminat, Ayelet Şaked, Naftali Bennet, Aviqdor Liberman, Türkiyə, İsrail hökuməti
Əlaqədar
Türkiyə - İsrail yaxınlaşmasının arxasındakı "gizli əl"
Türkiyədən İsrailə sürpriz dəvət
Türkiyə ilə İsrail arasında razılıq əldə olundu
Türkiyə ilə İsrail böyük anlaşmanın bir addımlığında
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi