"Çoxdan İstanbulu tərk edərdik..."

© REUTERS / Murad Sezerİstanbulda terror
İstanbulda terror - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərdə vəziyyət ürəkaçan deyil. İnsanlar şəhərdən qaçmaq istəyirlər.

BAKI, 29 iyun — Sputnik. "Son zamandar bir-birinin ardınca baş verən terror hadisələri İstanbulun dincliyini pozub. Artıq əhali panikadadır".

Bunu Sputnik-ə açıqlamasında, Türkiyədə yaşayan azərbaycanlı Elmin Qurbanov deyib. Onun sözlərinə görə, şəhər əhalisi baş verən hadisələrdən çox narahatdır.

"Şəhərdə vəziyyət heç də yaxşı deyil. İnsanlar şəhərdən qaçmaq istəyirlər. Bəzi yerli sakinlər, "əcnəbi olsaydıq, çoxdan İstanbulu tərk etmişdik" deyirlər. Bir sözlə İstanbulda yaşamaq çətinləşib", — həmyerlimiz bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 36 nəfərə çatıb. 147 nəfər də yaralanıb.

Xəbər lenti
0