İstanbulda terror

ABŞ İstanbul terrorunu araşdırmağa başlayıb

146
Dünya dövlətlərindən Türkiyədə baş verən dəhşətli olaylarla bağlı sərt reaksiyalar gəlir

BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hücumu ilə bağlı dünyadan reaksiyalar gəlməkdə davam edir. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

"Bütün dünyada terror hücumlarının qurbanları günahsız insanlardır. Rusiyadan İstanbul, Brüssel və Parisi anlayırıq. Başımızı əyirik. Başsağlığı diləyirik. Unutmuruq", — Puşkov bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq də məsələyə münasibət bildirib: "Hücumu qınayıram. Qəlbim qurbanların ailələri, yaralananlar və Türk xalqıyla birlikdədir".

Ağ Ev də İstanbul terrorunu qınayıb. Ağ Ev sözçüsü Josh Earnest verdiyi açıqlamada deyib: "ABŞ onlarla insanın öldüyü və yaralandığı İstanbul Atatürk Beynəlxalq Hava Limanında bu gün meydana gələn xain terror hücumunu ən güclü şəkildə qınayır".

"Terror təhdidi ilə mübarizəmizi davam etdirərkən, dünyadakı digər dost və müttəfiqlərimizlə NATO-nun müttəfiqi və tərəfdaşı olan Türkiyəyə sarsılmaz dəstəyimizi davam etdiririk", — Earnest əlavə edib.

Hadisə ilə bağlı başqa bir açıqlama ABŞ-ın dövlət katibi Con Kerridən gəlib: "Terrorun kimlər tərəfindən reallaşdırıldığını araşdırırıq. Qarşımıza çıxan ilk çətinlik dövlətin xaricində, şiddət tərəfdarı olan qüvvələrlə üzləşməkdir".

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond da İstanbuldakı hücumlardan dəhşətə gəldiyini açıqlayıb: "Düşüncələrim partlayışda həyatını itirənlərin yanındadır. Köməyə hazırıq".

Almaniyanın baş naziri Angela Merkel terror hücumunu qınayaraq deyib: "Hamımız bu terrora görə şok içərisindəyik. Hücumu kimin reallaşdırdığına dair bir məlumatımız olmadığından, bu mövzuda fərziyyə irəli sürmək istəmirəm".

Nəhayət, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə baş verən terroru qınayan açıqlama verib: "Terror çirkin üzünü bir daha ortaya qoydu".

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 36 nəfərə çatıb. 147 nəfər də yaralanıb.

146
Teqlər:
Məhəmməd Cavad Zərif, Filip Hammond, Con Kerri, Josh Earnest, Yens Stoltenberq, Aleksey Puşkov, terror, Atatürk Beynəlxalq Hava Limanı, İstanbul
Əlaqədar
İstanbulda dəhşətli terror: xeyli sayda ölən və yaralanan var
Terrorda həyatını itirənlərin sayı 28-ə çatdı
İstanbul terrorunda zərərçəkənlər arasında AZAL-ın sərnişini yoxdur
"Terrorçu özünü bizim yaxınlığımızda partlatdı"
"Terrorçular İstanbul aeroportuna xarici ölkədən təyyarə ilə gəliblər"
İstanbul aeroportunda 3 canlı bomba
Müğənni, arxiv şəkli

Analar üçün: üç ölkənin məşhurları bir araya gəldilər - VİDEO

9
(Yenilənib 23:20 25.02.2021)
Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar - Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.

BAKI, 25 fevral — Sputnik. Türkiyəli müğənni Adil Karaca yeni "Mənim anam" adlı klipini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi Rusiya, Türkiyə və Azərbaycanda çəkilib. Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.

Klipin rejissorları Ruslan Ağayev və Murad Aygördür. Adil Karacanın "Mənim anam" adlı mahnısı musiqi platformalarında "Zhara Music" leyblı altında təqdim olunub.

9
Teqlər:
video, məşhurlar, Azərbaycan, Türkiyə, Rusiya, ana, musiqi
Qərənfil, arxiv şəkli

İtalyan jurnalist Xocalı faciəsinin təkrarlandığını deyir

12
(Yenilənib 21:37 25.02.2021)
44 günlük Vətən müharibəsi zamanı Xocalı kimi faciəli hadisələr təkrarlanıb: hərbi əməliyyatlardan uzaq bölgələrə raket və ağır artilleriya hücumları nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 100-dən çox mülki şəxs öldürülüb, 423 mülki isə yaralanıb

BAKI, 25 fevral — Sputnik. İtaliyanın "Lo Spessore" onlayn qəzetində Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifliyi ilə "Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara" başlıqlı məqalə dərc edilib.

Sputnik Azərbaycan xəbər verir ki, məqalədə hər il fevral ayında yaxın keçmişin amansız hadisələri ilə yadda qalan Xocalı faciəsi qurbanlarının anıldığı bildirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ağır və faciəvi hadisəsinin meydanına çevrildiyini xatırladan müəllif təəssüf hissi ilə ağırlığına və amansızlığına baxmayaraq, münaqişələrin tarixin qaranlıq səhifələrində qaldığını diqqətə çatdırıb.

Məqalədə 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın" 2-ci maddəsinə istinad edilərək soyqırımının milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş xüsusilə ağır əməllər olduğu diqqətə çatdırılıb və bu xüsusda, Azərbaycanın illərdir ki, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb etdiyi bildirilib.

Müəllif, həmçinin Xocalıdakı vəhşiliklərin xüsusi amansızlıqla törədilməsinin məhkəmələr və beynəlxalq təşkilatlar tərəfindən tanındığını diqqətə çatdıraraq faciədən bir müddət sonra 11 mart 1992-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin bəyannaməsində insanların fərq qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahatlıq keçirildiyini, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki əhaliyə qarşı zorakılıq və hücumların kəskin şəkildə pislənildiyini diqqətə çatdırıb.

Sözügedən yazıda Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarına istinadən Xocalıda törədilən cinayətlərə və onlardan irəli gələn məsuliyyətə dair heç bir şübhənin olmadığı vurğulanaraq bildirilib ki, müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur. Avropa İnsan Hüquqları Məhkəməsi qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən etmişdir.

Bundan başqa, məqalədə 44 günlük Vətən müharibəsi zamanı Xocalı kimi faciəli hadisələrin baş verdiyi diqqətə çatdırılıb. Belə ki, jurnalist qeyd edib ki, Azərbaycan mülki əhalisi bir daha Ermənistan ordusunun hədəfinə çevrilmiş, hərbi əməliyyatlardan uzaq bölgələrə raket və ağır artilleriya hücumları nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 100-dən çox mülki şəxs öldürülmüş, 423 mülki isə yaralanmışdır. Müəllifin fikrincə, bütün bu hadisələr Xocalı qətliamının günahkarlarının cəzasız qalması səbəbindən baş verib, çünki cəzasızlıq yeni cinayətlərə səbəb olur.

D.Letisiya məqaləsində Xocalı soyqırımının dünyanın bir çox yerində anılan və yaddaş gününə çevrilən tarixi bir faciə olduğunu qeyd edərək bildirib ki, indiyə qədər Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Şotlandiya və Amerika Birləşmiş Ştatlarının bir sıra ştatlarının qanunverici orqanları Xocalı qətliamının qurbanlarını anmaq məqsədilə sənədlər qəbul etmişdir ki, o sənədlərdə azərbaycanlılara qarşı erməni ermənilər tərəfindən törədilmiş vəhşiliklər qeyd olunur. Məqalədə, həmçinin bir çox beynəlxalq təşkilat və qurumlar tərəfindən bu qətliamın insan ləyaqəti üçün fəlakətli bir hadisə kimi tanındığı bildirilib.

Sonda müəllif torpaqlarından didərgin salınmış bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin ailəsində kədər və davamlı nostalgiyanın hökm sürdüyünü və bunun onların qəlblərində dərin sağalmaz izlər buraxdığını bildirib. Onun fikrincə, Xocalı müasir tariximizin ağrılı səhifəsi və Azərbaycan xalqının qəlbində açıq bir yara olsa da bəlkə də ədalətin təntənəsi və günahkarların cəzalandırılması ilə bu yaraya məlhəm tapıla bilər.

12
Teqlər:
jurnalist, İtaliya, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

0
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

0
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı