Qəzetlər. Arxiv şəkli

Dünya mətbuatında "gözlənilməz addım"

525
(Yenilənib 10:58 05.07.2016)
Ərdoğanın Putinə göndərdiyi məktub əksər xarici KİV-lərin gündəmini zəbt edib. Türkiyə Prezidentinin addımın şərh edən əcnəbi media fərqli versiyalar irəli sürür.

BAKI, 28 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə, təyyarə olayına görə məktub ünvanlayaraq, ölən pilotun ailəsindən üzr istəməsi, Rusiya və dünya mediasının əsas müzakirə mövzularından birinə çevirilib.

Rusiyanın dövlət informasiya aqentliyi "TASS" qeyd edir ki, Ərdoğan Rusiyanın tələb etdiyi üzrxahlığı faciədən yeddi ay sonra göndərib. Agentliyin məlumatına görə, rusiyalı siyasətçilər iki ölkənin münasibətlərinin perspektivlərinə pozitiv yanaşırlar, buna ən çox sevinənlər isə turizm agentliklərində çalışanlardır.

"RİA Novosti"nin yazdığı xəbərdə isə qeyd olunur ki, Türkiyə tərəfindən atılan bu addım doğru qərardır, lakin bir çox məsələlər Ankaranın gələcək hərəkətlərindən asılı olacaq. Qeyd edilir ki, Ərdoğanın bu addımı Türkiyə və Rusiyanın milli valyutalarına da müsbət təsir edib. Bundan başqa, xəbərin sonunda Türkiyə Prezidentinin karikaturası da yerləşdirilib.

"Lenta.ru" isə bu məsələyə daha qısa və obyektiv yanaşıb. Mənbədə heç bir subyektiv fikrə yer ayrılmayıb. Ondan fərqli olaraq, "Vesti.ru" isə, ümumi məlumatdan başqa Ərdoğanın qəmgin şəklini də yerləşdirib.

"MK.RU" məsələ ilə bağlı ekspertlərin münasibətini verib. İnformasiya vasitəsinin məlumatına görə, Ərdoğanın məktubu donmuş münasibətlərə dərhal təsir göstərib. "Yəqin ki, Rusiya və Türkiyə diplomatları arasında birgə iş gedirdi, müəyyən məsələlər dəqiqləşdirilirdi. Sonda hər iki dövləti qane edəcək bir format əldə olundu", — deyə mənbə yazıb.

"Vedomosti" qəzeti isə bu məlumatlardan başqa Türkiyə KİV-nə də istinadlar edib.

Qərb mətbuatı da bu məsələyə laqeyd qalmayıb. ABŞ-ın "The Washington Post" qəzeti bu hadisəni Rusiya-Türkiyə münasibətlərində gərginliyin azalmasına yol açan "gözlənilməz addım" adlandırıb. Qəzetin jurnalistlərinə görə, üzrxahlıq məktubu Avropa İttifaqı ilə Ankaranın, güclü miqrant axını fonunda münasibətlərinin pisləşdiyi zaman göndərilib.

Digər nüfuzlu "Foreign Policy" blogu isə yazır ki, "bağışla" demək heç vaxt gec deyil. Blogun məlumatına görə, Ərdoğan kimdənsə üzr istəməyə, ona ünvanlanan təhqirlərdən daha çox nifrət edir.

525
Teqlər:
dünya mətbuatı, media, KİV, Vladimir Putin, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Putinlə Ərdoğan telefonla danışacaq
Ərdoğandan Putinə üzrxahlıq məktubu
Ərdoğanın Putinə məktubunun tam mətni açıqlandı: "Bağışlayın..."
Ərdoğandan Avropanı silkələcəyək açıqlama