Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğandan Putinə göndərdiyi məktubla bağlı açıqlama

© REUTERS / Murat CetinmuhurdarRəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti: "İnanıram ki, biz hər iki dövlətə ziyan vuran hazırkı vəziyyətdən təcili yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik"

BAKI, 28 iyun — Sputnik. "Təyyarə hadisəsinə görə Rusiya ilə münasibətlərimizdə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq".

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefonla danışarkən - Sputnik Azərbaycan
RUSİYA
Putinlə Ərdoğan telefonla danışacaq

Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı çıxışı zamanı deyib. "Mənim Rusiya ilə əlaqələrin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq", — Ərdoğan bildirib.

Prezident qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə hadisəsi ilə bağlı təəssüfünü şəxsən Putinə bildirib: "Yazdığım məktubda regional əməkdaşlıq üçün iki ölkənin imkanlarını da xatırlatdım. İnanıram ki, biz hər iki dövlətə ziyan vuran hazırkı vəziyyətdən təcili yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik".

Xəbər lenti
0