Boris Conson

Böyük Britaniyanın yeni Baş naziri olacaq adam əslən türk çıxdı

2948
(Yenilənib 13:40 25.06.2016)
Gənclik illərində Sultan İkinci Əbdulhəmid tərəfindən bir neçə dəfə sürgünə göndərilən Əli Kamal, 20-ci əsrin əvvəlində Londona yerləşmiş, 1903-cü ildə burada Vilfred Brun adında bir ingilis xanımla evlənmiş və bir qızı olmuşdu

BAKI, 25 iyun-Sputnik. Böyük Britaniyanın (BB) baş naziri Devid Kameron istefa verəndən sonra, oktyabr ayında onun yerinə gəlməsi gözlənilən Boris Consonun türk olan böyük babası ilə əlaqədar sənədlər nəşr edilib. BB-nin Avropa İttifaqından (Aİ) ayrılma qərarından sonra Kameron istefa verəcəyini açıqlayıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, tarixçi Murat Bardakçı Kameronun yerinə gəlməsi gözlənilən Boris Consonun soyunun, Osmanlıda milli mübarizəyə qarşı çıxması ilə tanınan jurnalist Əli Kamala söykəndiyini yazıb.

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması üçün ən çox səy göstərən siyasətçilərin başında gələn Boris Consonun oktyabr ayında Baş nazir olacağı ehtimalı yüksəkdir. Tam adı Aleksandr Boris də Pfefel Conson olan Boris Conson, milli mübarizəyə qarşı çıxması ittihamı ilə, Türkiyənin İzmit şəhərində 1922-ci ilin 6 noyabrında, mühakimə edilmədən öldürülən, Türkiyə mətbuat tarixinin ən məşhur publisistlərindən olan jurnalist Əli Kamalın nəvəsinin oğludur.

Gənclik illərində Sultan ikinci Əbdulhəmid tərəfindən bir neçə dəfə sürgünə göndərilən Əli Kamal, 20-ci əsrin əvvəlində Londona yerləşmiş, 1903-cü ildə burada Vilfred Brun adında bir ingilis xanımla evlənmiş və bir qızı olmuşdu.

Əli Kamal 1908-ci ildə İkinci Hökumətin dövründə İstanbula döndü. "İkdam" qəzetində yazmağa və universitetdə dərs verməyə başladı. Güclənən İttihad və Tərəqqi Partiyasını amansız şəkildə tənqid edirdi. Bir il sonra baş verən 31 mart üsyanından sonra yenidən sürgünə getmək məcburiyyətində qaldı və İngiltərəyə, arvadıyla qızının yanına döndü. 

Müxalif jurnalisti artıq daha çətin günlər gözləyirdi. Həyat yoldaşı Vilfred 1909-cu ilin sonunda bir oğlan dünyaya gətirdi. Uşağa Osman Kamal adını verdilər, amma ana, doğumdan qısa bir müddət sonra həyatını itirdi. Əli Kamal, qızı və yeni doğulmuş oğlu və qayınanası Margaret Brun üç il ərzində Vimbledonda maddi çətinlik içərisində yaşadılar.

Bir ara uşaqlarını nənələrinin yanında qoyaraq BB-nin cənubundakı Bournemouth qəsəbəsinə köçən Əli Kamal 1912-ci ildə İstanbula döndü və ikinci dəfə evləndi. Yeni həyat yoldaşı, topxana naziri Zeki Paşanın qızı Sabiha xanım idi. Əli Kamalın 1914-cü ildə bu evlilikdən doğulan və Zeki adını verdikləri oğlu daha sonra Kuneralp soyadını alacaq və respublika dövrü Türkiyəsinin çox əhəmiyyətli bir diplomatı olacaqdı. Boris Consonun ailəsinin faciəli əhvalatı isə, Əli Kamalın 1912-ci ildə Londondan İstanbula dönməsiylə başladı.  

Əli Kamalın BB-də nənələrinin yanında böyüyən uşaqları sonrakı illərdə BB vətəndaşı oldular və Kamal adını dəyişərək nənələrinin soyadı olan Consonu aldılar. Osman Kamal, Osman Vilfred Conson oldu və Irene Villiams adlı bir xanımla evləndi. Bu evlilikdən 1940-cı ildə dünyaya gələn oğlu Stanley Patrick Conson 1979-1984-cü illər arasında Mühafizəkar Partiyadan deputat seçiləcək və BB-nin tanınmış bir yazıçısı olacaqdı. 

Yeni baş nazir olması gözlənilən Boris Conson, Əli Kamalın nəvəsi Stanley Consonun dörd nəvəsindən biridir. Əli Kamal 5 avqust 1910-cu ildə Parisdə yazdığı bir məktubu İttihad və Tərəqqinin maliyyə naziri olan və 1926-cı ildə edam edilən Cavid Bəyə göndərmiş və İngiltərədəki qayınanasının çəkdiyi maddi çətinlikləri izah edən məktubları da öz yazdığına əlavə etmişdi. Jurnalist "iki ciyərparəm" dediyi uşaqlarını yaşlı nənələri ilə birlikdə "küçə ortasında buraxdığını" söyləyir və Cavid Bəyin vasitəçiliyi ilə borc pul istəyirdi.

İstanbulda sahib olduğu kiçik bir evin satılmasından sonra, Cavid Bəydən xahiş edib ki, bir Sərrafın ona 3 min frank borc verməsi üçün vasitəçilik etsin. Məktubda sözügedən "ciyərparə"lərdən biri, Boris Consonun adını daha sonra Osman Vilfred Conson edən babası Osman Kamal, digəri də onun bacısı, yəni Boris Consonun adını bilmədiyimiz böyük bibisidir.

2948
Teqlər:
Boris Conson, ingilis, Devid Kameron, Baş nazir, Böyük Britaniya, türk
Əlaqədar
İngilislərin bu qərarı dünya siyasətini yenidən şəkilləndirəcək
Bundestaqın qərarı ingilisləri təlaşa salıb
İngilis jurnalistlər Türkiyədən qovuldu
Ukrayna gömrüyünü ingilislərə verir
İngilisdilli “Wikipedia” 7471 cild kitabda buraxılacaq
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

1
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

1
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

1
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

1