Donald Tusk

Avropa İttifaqının sədri: "Hər cür mənfi ssenariyə hazırıq"

27
Donald Tusk: "Bu gün Avropa İttifaqının 27 liderinin adından bəyan edirəm ki, biz bu birliyi qoruyub saxlamaq və onu daha da gücləndirmək niyyətindəyik"

BAKI, 24 iyun — Sputnik. "Hamı bilir ki, biz Böyük Britaniyada keçirilən referendumdan başqa nəticə gözləyirdik". Sputnik Guardian-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının sədri Donald Tusk deyib.

Onun sözlərinə görə, referendumun siyasi nəticələrini proqnozlaşdırmaq mümkün deyil, xüsusən də Birləşmiş Krallıq üçün: "Əslində bu, tarixi andır. Hər kəs əmin olsun ki, bu mənfi ssenariyə hazırıq. Son iki gün ərzində İttifaq üzvü olan dövlətlərin liderlərinin hər biri ilə Britaniyadakı referendum barədə danışmışam. Bu gün Avropa İttifaqının 27 liderinin adından bəyan edirəm ki, biz bu birliyi qoruyub saxlamaq və onu daha da gücləndirmək niyyətindəyik".

D. Tusk iddia edir ki, Böyük Britaniyanın Aİ-dən çıxışı hüquqi problem yaratmayacaq: "Krallığın Aİ-dən çıxışı ilə bağlı bütün prosedurlar müqavilələrdə öz əksini tapır".

Xatırladaq ki, Britaniya adasında dünən keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

27
Teqlər:
Donald Tusk, Donald Task, Avropa İttifaqı, Böyük Britaniya, referendum
Əlaqədar
Böyük Britaniya Avropa İttifaqından ayrıldı
"Lənət şeytana! Avropa üçün pis gündür"
"Britaniyalılar ayrılsa, Avropa İttifaqı dağılacaq"
Böyük Britaniya Avropa Birliyindən ayrılarsa...
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15