Mars planeti

Marsda tarixi kəşf

220
Elm adamları yeni kəşfi planetin tarixinin yenidən yazılması kimi dəyərləndirirlər

BAKI, 24 iyun — Sputnik. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) Mars planeti ilə əlaqədar yeni kəşflərini ictimaiyyətə açıqlayıb. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, Marsda mineral tapdığını deyən NASA-nın bu kəşfi "Qırmızı planet" üzərində aparılan araşdırmaların istiqamətini dəyişdirə bilər.

NASA-nın "Curiosity" adlı kəşf robotu, indiyədək yalnız həddindən artıq istilərdə meydana gələn, "tridymite" adı verilən maddəyə rast gəlib. Elm adamları yeni kəşfi planetin tarixinin yenidən yazılması kimi də dəyərləndirirlər.

Planet üzərində müxtəlif araşdırmalar aparan NASA ötən il Marsda suyun olmasına dair dəlillərin mövcud olduğunu açıqlamışdı.

220
Teqlər:
Mars planeti, NASA, ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi, "qırmızı planet", kəşf
Əlaqədar
Mars torpağına əkilən pomidorlar…
Yaponiya Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlayacaq
Marsla bağlı yeni faktlar aşkarlandı
Marsı təkcə insanlar öyrənmirlər
Mars planetində şok tapıntı