Moldovanın keçmiş baş naziri Vladimir Filat

Baş nazir huşunu itirib yıxıldı

7
Vladimir Filat ünvanına səsləndirilən bütün ittihamları rədd edir və tərəfdarlarını məhkəmə prosesinin açıq keçirilməsinə nail olunması üçün səy göstərməyə çağırır

BAKI, 21 iyun — Sputnik. Moldovanın keçmiş baş naziri Vladimir Filatın bu gün davam etdirilən məhkəməsi yarımçıq qalıb. Sputnik Report-a istinadən xəbər verir ki, buna korrupsiyada ittiham olunan siyasətçinin müttəhim kürsüsündə huşunu itirərək yıxılması səbəb olub.

Maskalı xüsusi təyinatlı dəstə üzvlərinin qoruması altında məhkəmə zalına gətirilən V. Filat, məhkəməsinin açıq olmasını tələb edərək üç həftədir aclıq aksiyasını dayandırmır.

Xatırladaq ki, V.Filat 8 aydır həbsxanadadır. Onun həbsi 2009-cu ildən Moldovada hakim partiya olan "Avropa İnteqrasiyası Alyansı"nın dağılması ilə nəticələnib. O, ünvanına səsləndirilən bütün ittihamları rədd edir və tərəfdarlarını məhkəmə prosesinin açıq keçirilməsinə nail olunması üçün səy göstərməyə çağırır.

7
Teqlər:
"Avropa İnteqrasiyası Alyansı", Vladimir Filat, Moldova, korrupsiya, məhkəmə, həbs
Əlaqədar
Türkiyənin Baş naziri Azərbaycana gəlir
Baş nazirdən Almaniyaya sərt etiraz
Azərbaycan və Rusiya baş nazirləri arasında telefon danışığı olub
Baş nazir Milli Məclisdə hesabat verir
Baş nazir istefa verməyə məcbur oldu
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

50
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

50
Əlində Azərbaycan və Türkiyə bayraqlarını tutan kişi, arxiv şəkli

Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar

34
(Yenilənib 23:28 26.10.2020)
"Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı an bizim toy etməyimiz düzgün çıxmaz".

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin məşhur müğənnisi Cem Belevi 4 ildir birlikdə olduğu aktyor sevgilisi Zəhra Yılmaza doğum günündə evlilik təklif etmişdi.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, evlilik hazırlığı görən cütlük toylarını təxirə salıb. Buna səbəb kimi  Qarabağda gedən döyüşləri göstəriblər.

"Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı an bizim toy etməyimiz düzgün çıxmaz. Bundan əlavə, anamla atam Bakıda yaşayır. Belə bir vaxtda toy edə bilmərik", - deyə Yılmaz bildirib.

34
Əlaqədar
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq
İşğaldan azad olunan Qubadlı şəhəri

Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntülərini yaydı

75
(Yenilənib 00:22 27.10.2020)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı şəhərindən çəkilmiş möhtəşəm videogörüntünü ictimaiyyətə təqdim edib.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsünü yayıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 25-də "Twitter" hesabında yazdığı tvitdə Qubadlı şəhərinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildiyini bildirib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Qubadlı şəhərindən çəkilmiş videogörüntünü təqdim edir.

75
Əlaqədar
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsü yayıldı
Qubadlının işğaldan azad olunan Xanlıq kəndindən möhtəşəm görüntülər - VİDEO