Corc Soros

Cors Soros proqnozunu açıqladı: "Dollar 20 faiz bahalaşacaq"

127
Məşhur milyarder Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı təqdirdə yaşanacaq prosesləri şərh edib: ""Brexit" möhtəkirləri zənginləşdirəcək, seçiciləri yoxsullaşdıracaq"

BAKI, 21 iyun — Sputnik. Məşhur amerikalı milyarder Corc Soros Böyük Britaniyanın (BB) Avropa İttifaqından (Aİ) ayrılacağı təqdirdə, baş verəcək hadisələr haqda proqnozlarını açıqlayıb. O bildirib ki, ingilislər Aİ-dən ayrılmağa "hə" desələr, Britaniya valyutası olan funt sterlinq ABŞ dolları qarşısında 20 faiz dəyər itirəcək və bu, 1992-ci ildəki devalvasiyadan daha sarsıdıcı olacaq.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Soros "Guardian" qəzetinə yazdığı köşə yazısında deyib: ""Brexit" bəzilərini daha da zəngin edəcək, ancaq seçicilərin böyük hissəsi daha da yoxsullaşacaq".

Soros yazısında Aİ-dən çıxma qərarının veriləcəyi təqdirdə sterlinqin ən az 15-20 faiz dəyər itirərək, 1.15 dolların altına düşə biləcəyini proqnozlaşdırıb. O, "Brexit"in maliyyə bazarları, investisiyalar və məşğulluq üzərində "sürətli və dramatik təsirinin" olacağını ifadə edib.

Qeyd edək ki, bütün dünyada hökumətlər və investorlar BB-də iyunun 23-də keçiriləcək referendumun nəticələrini gözləyir. "Bloomberg"in rəy aldığı iqtisadçıların proqnozlarına görə, sterlinq referendumun ertəsi günü ya 30 ildən çox müddətin ən aşağı səviyyəsinə geriləyəcək, ya da bu ilin ən yüksək səviyyəsinə çıxacaq. Ayrılma qərarının veriləcəyi təqdirdə, əsas ehtimallar ondan ibarətdir ki, sterlinq 1.25-1.40 dollar aralığına düşəcək, Aİ-də qalma qərarının veriləcəyi təqdirdə isə 1.50 doları ötəcək.

127
Teqlər:
referendum, "Brexit", dollar, funt sterlinq, , BB, Avropa İttifaqı, Böyük Britaniya, Corc Soros
Əlaqədar
Böyük Britaniya Avropa Birliyindən ayrılarsa...
İlham Əliyev Böyük Britaniyaya getdi
"Türkiyə və Britaniyasız Avropanın taleyi yazıla bilməz"
Avropa İttifaqı üçün kritik həftə başladı
Avropa İttifaqının günəşi bəlkə daha doğmadı
Tarkan, arxiv şəkli

Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"

32
(Yenilənib 09:57 24.10.2020)
Bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim ediliblər.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

32
Nəsrin Cavadzadə

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Gəncə terroru ilə bağlı paylaşım edib

80
(Yenilənib 22:45 23.10.2020)
Aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin bir çox məşhur serial və filmlərində rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə oktyabr ayının 16-dan 17-nə keçən gecə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsi ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa Gəncədə baş vermiş hadisə ilə bağlı video paylaşaraq "Mən Azərbaycandanam və ürəyim qanayır" (I am from Azerbaijan and my heart is bleeding) yazıb.

View this post on Instagram

I am from Azerbaijan and my heart is bleeding. 🇦🇿

A post shared by nesrin cavadzade (@nesrin.cavadzade) on

Aktrisa həmçinin Azərbaycan bayrağı əks olunmuş köynək geyinərək "Yurdum, yuvam, məskənimsən" paylaşımı edib.

80
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

0
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0