Avropa İttifaqı

Avropa İttifaqı üçün kritik həftə başladı

26
Bu həftə Avropa Mərkəzi Bankı ilə bağlı iddia, Böyük Britaniyada keçiriləcək referendum və İspaniyada erkən seçkilər Aİ-nin gələcəyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıyır

BAKI, 20 iyun — Sputnik. Avropa İttifaqı (Aİ) bu həftə çərşənbə axşamından başlayaraq 6 günlük riskli mərhələyə qədəm qoyur. Belə ki, iyunun 21-də Almaniyada Avropa Mərkəzi Bankının (ECB) birbaşa pul əməliyyatları (OMT) proqramı ilə bağlı iddiaya baxılacaq. 23 iyunda Böyük Britaniyanın Aİ-dən ayrılmasına dair ("Brexit") referendum təşkil ediləcək və 26 iyunda İspaniyada ümumi seçkilər keçiriləcək.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bu risklər arasında ən əhəmiyyətlisi "Brexit"dir və digərləri də Aİ üçün həm iqtisadi, həm də siyasi risk daşıyır. Referendumda Böyük Britaniyanın Aİ-də qalması ilə bağlı qərar çıxacaqsa, digər iki riskin arxa planda qalacağı gözlənilir. Əgər ayrılma qərarı çıxarsa, bu risklərin təsirinin daha çox olacağı proqnozlaşdırılır.

Avropa Mərkəzi Bankının 2012-ci ildə elan etdiyi OMT proqramı ilə əlaqədar Almaniya Konstitusiya Məhkəməsində baxılan iddia, Almaniyanın və bazarların gündəmini məşğul edir. ECB-nin 6 sentyabr 2012-ci ildə bölgədə böhranın qarşısını almaq məqsədilə açıqladığı OMT proqramının qurumun səlahiyyəti daxilində olub-olmadığı və Aİ ilə Almaniya qanunvericiliyinə uyğunluğu qiymətləndirilir. Mütəxəssislər bu vəziyyətin çox böyük bir risk təşkil etməyəcəyini və məhkəmənin iddia tərəfi — Almaniya Mərkəzi Bankı üçün bu proqramda iştirakı ilə bağlı bəzi məhdudiyyətlər gətirməklə birlikdə ECB-nin lehinə bir qərar verəcəyini düşünür.

Böyük Britaniyanın baş naziri Devid Kameron
© REUTERS / Stefan Wermuth

Dünya bazarlarını keçən ilin noyabr ayından bəri məşğul edən "Brexit" mövzusu isə bu həftənin ən əhəmiyyətli riski olaraq önə çıxır. Aİ-ni narahat edən yalnız iqtisadi təsirlər deyil, çünki Aİ üçün meydana gələcək siyasi nəticələr iqtisadi nəticələrdən daha əhəmiyyətli ola bilər. Böyük Britaniyada keçiriləcək referendum digər ölkələrdə də yayıla və ittifaqın sabitliyini sarsıda bilər.

Almaniyanın maliyyə naziri bildirib ki, Aİ-dən ayrılma qərarı verilərsə, digər Aİ ölkələrində də bənzər referendumlar keçirilə bilər.

İspaniyada reallaşdırılacaq seçkilər də Aİ-də risk meydana gətirə bilər. İspaniyada 20 dekabr 2015-ci ildə keçirilən ümumi seçkilərdən sonra heç bir siyasi partiyanın təkbaşına iqtidara gələ bilməməsi və siyasi liderlər arasında keçirilən müzakirələrdə razılaşmanın əldə edilməməsi nəticəsində erkən seçkilərin keçirilməsi qərara alınmışdı. Seçkilər nəticəsində qurulacaq hökumətə bağlı qeyri-müəyyənliklər Aİ-nin siyasi sabitliyini təhlükəyə ata biləcəyi düşünülür.

26
Teqlər:
"Brexit", Avropa Mərkəzi Bankı, , Avropa İttifaqı, Böyük Britaniya, İspaniya, Almaniya
Əlaqədar
Rəsmi Ankara Avropa İttifaqını hədələdi
Avropa İttifaqından Türkiyədə millət vəkillərinin toxunulmazlığı ilə bağlı açıqlama
Azərbaycanın Avropa İttifaqından gözləntiləri var
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb
"Avropa İttifaqı 3 milyardı Türkiyəyə ödəməyəcəksə, öz bəxtindən küssün"
Avropa İttifaqı Şurasının sədri: “Balkan marşrutu” bağlandı
Koronavirus testi, arxiv şəkli

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

9
"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.

9
Erməni hərbçinin çəkmələri, arxiv şəkli

Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaydı - Əsirlər barədə videolar saxtadır

34
(Yenilənib 14:10 24.11.2020)
Müxtəlif ölkələrdə çəkilmiş bu görüntülərin yayılması Ermənistan cəmiyyətində çaxnaşmaya səbəb olur və ictimai düşüncəyə mənfi təsir göstərir.

BAKI, 24 noyabr — Sputnik. "Sosial şəbəkələrdə erməni əsirlər haqqında yayılmış videomateriallar Azərbaycan tərəfindən təşkil edilib".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Son günlər sosial şəbəkələrdə əsir hərbçilər və mülki vətəndaşlarla bağlı naməlum mənşəli video materiallar geniş yayılıb. Əldə edilmiş məlumatlara görə, həmin videoların Qarabağda hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur. Müxtəlif ölkələrdə çəkilmiş bu görüntülərin yayılması Ermənistan cəmiyyətində çaxnaşmaya səbəb olur və ictimai düşüncəyə mənfi təsir göstərir", - deyə məlumatda qeyd edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti vətəndaşları belə videoları paylaşmaqdan çəkinməyə və rəsmi mənbələrin verdiyi məlumatlara istinad etməyə çağırır.

34
Teqlər:
Ermənistan, Qarabağ müharibəsi, əsir
Milli Məclisdə deputatların boş yerləri, arxiv şəkli

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
(Yenilənib 15:29 24.11.2020)
İclasda "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 26-da keçiriləcək iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

0
Teqlər:
qanun layihəsi, Milli Məclis