Bu şəhər düşməndən azad edildi

© AFP 2023 / MOADH AL-DULAIMIİraqın Fəlluca şəhəri İŞİD terrorçularından azad edilib
İraqın Fəlluca şəhəri İŞİD terrorçularından azad edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Fəllucanın azad edilməsi əməliyyatı bir aya yaxındır davam edir.

BAKI, 17 iyun — Sputnik. İraqın Fəlluca şəhəri İŞİD terrorçularından azad edilib.

Sputnik-in məlumatına görə, bu barədə İraq ordusundan açıqlama verilib.

Xəbərə görə, şəhərətrafı ərazidə döyüşlər hələ bitməyib, terrorçular müqavimət göstəririrlər.

Məlumatda qeyd olunur ki, Fəllucanın azad edilməsində İranyönlü qüvvələrin əsas rol oynamasından ABŞ nümayəndələri narahat olduqlarını bildiriblər.

Xatırladaq ki, Fəllucanın azad edilməsi əməliyyatı bir aya yaxındır davam edir.

Xəbər lenti
0