“O bölgəyə kürdlər yerləşdiriləcək”

© AP PhotoPKK-Kandil
PKK-Kandil - Sputnik Azərbaycan
Abunə olmaq
"Ərəblərin zorla köçürülməsindən sonra Tel Abyad və Hasekede olduğu kimi bölgəyə kürd əhalisi yerləşdiriləcək. Əvvəl şəhərin adını dəyişdilər indi də muxtariyyət elan edəcəklər"

BAKI, 11 iyun — Sputnik. Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin ABŞ-ın dəstəyi ilə başladığı Münbiç əməliyyatı 11-ci gününə girib. Hələbin ən böyük mahalı olan, əhalisinin 93 faizini ərəblər təşkil edən Münbiç PYD-nin mühasirəsi altına düşüb.

Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru - Sputnik Azərbaycan
TƏHLİL
Kürdlərin əsas hədəfi

Sputnik milliyet-ə istinadla xəbər verir ki, PYD-nin üst səviyyəli idarəçilərindən olan Mahmud ər-Reş Amerikalı xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə ilk gündən bəri sahədə vəzifə yerinə yetirir. 

Daha əvvəl “Ayn əl-Arab”ı ələ keçirib adını “Kobani” edən, “Tel Abyad”ın adını da “Girə Spi” olaraq dəyişdirən PYD, eyni oyunu Münbiçdə də sərgiləməyə hazırlaşır. 

Münbiçi mühasirə altına alan PYD daha əvvəl etdiyi kimi ilk olaraq şəhərin adını dəyişdirdi. PYD Münbiçin adını kürt dilində "ölümsüz gəlin" mənasını verən Mabuk olaraq dəyişdirdi. 

Ələ keçirdiyi bölgələrin demoqrafiyası ilə oynayan PYD-nin etnik təmizləmə əməliyyatından narahatlıq ifadə edilir.

Münbiçin Yerli Məclis başkanlığı vəzifəsini icra edən Münzir Əbu Sellel PYD-nin hədəflərinə çatmaq üçün muxtariyyət elan etmələri ilə bağlı hazırlıqlarını bildiklərini söyləyib. O, deyib ki, əhalisinin 3 faizini kürdlər təşkil edən Münbiçdə ərəblər zorla köçürüləcək.

"Ərəblərin zorla köçürülməsindən sonra Tel Abyad və Hasekede olduğu kimi bölgəyə kürd əhalisi yerləşdiriləcək", — deyə o bildirib.

Əbu Sellel mahalda hələ də 150 min vətəndaşın yaşadığını, 70 minə yaxın insanın son qarşıdurmalardan sonra bölgəni tərk etdiyini söyləyib.

O, bildirib ki, insanlar təhlükələrdən qaçmaq üçün  əl-Baba sığınmaq məcburiyyətində qalır. Önümüzdəki günlərdə daha əhəmiyyətli köç hərəkəti yaşanacaq.

Xəbər lenti
0