General Filipp Bridlav

Amerikalı generaldan mühüm Türkiyə açıqlaması

86
(Yenilənib 13:49 09.06.2016)
Filipp Breedlove: "Türkiyə bizim üçün əhəmiyyətli bir müttəfiqdir və çətin bir bölgədə sıxışmış vəziyyətdədir. Vaşinqtonun Ankaraya daha çox diqqət ayırmalıdır"

BAKI, 9 iyun — Sputnik. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) sabiq komandiri general Filipp Breedlove mərkəzi Vaşinqtonda yerləşən beyin mərkəzi "Atlantic Council"da bir paneldə çıxış edib. Sputnik NTV-yə istinadən xəbər verir ki, general Filipp Breedlove Birləşmiş Ştatları Türkiyəyə dəstək verməyə çağırıb.

"Türkiyə bizim üçün əhəmiyyətli bir müttəfiqdir və çətin bir bölgədə sıxışmış vəziyyətdədir. Cənubunda vətəndaş müharibəsi yaşanır. Şimalında olan Karadeniz isə getdikcə narahat bir hal alır", — general deyib.

Türkiyənin mühüm geostrateji bölgədə yerləşdiyini qeyd edən Breedlove, Vaşinqtonun Ankaraya daha çox diqqət ayırmalı olduğunu vurğulayıb: "Türkiyə Suriyada baş verən daxili savaşdan dolayı, yaşanan qaçqın böhranından digər ölkələrin zərər görməməsi üçün əlindən gələni etməyə çalışır. Bu sahədə hələ görüləsi çox işlər də var".

86
Teqlər:
"Atlantic Council", Filipp Breedlove, Avropa Komandanlığı, Amerika, Vaşinqton, Türkiyə, ABŞ
Əlaqədar
Amerikalılar Səudiyyə Ərəbistanını dəstəkləmək istəmirlər
Nəcməddin Sadıkov amerikalı generalla görüşüb
Azərbaycan Amerika təyyarələrinə "yaşıl işıq" yandırdı
Vaşinqtondan mesaj: Amerika Rusiyanı güclü görmək istəyir
Türk generaldan amerikalı həmkarına 3 kritik mesaj