Fransanın Kale şəhərindəki qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında dava düşüb

Qaçqınların sayı İkinci Dünya müharibəsi səviyyəsinə çatıb

12
Bu barədə Sidney İqtisadiyyat və sülh İnstitutunun hesabatında deyilir.

BAKI, 8 iyun — Sputnik. Son 8 ildə dünyada məcburi köçkünlərin sayı artaraq 57 milyon nəfərə çatıb. Bu, İkinci Dünya müharibəsi bitdikdən sonra ən pis göstəricidir.

APA-nın verdiyi məlumata görə, bu barədə Sidney İqtisadiyyat və sülh İnstitutunun hesabatında deyilir.

İnstitutun Qlobal sülhsevərlik indeksinə əsasən, 2015-ci ildə silahlı münaqişələrdə ölənlərin sayı 25 ilin maksimumuna çatıb. Belə ki, silahlı münaqişələrdə ölənlərin sayı son 7 ildə 5 dəfə artaraq 101 minə çatıb.

Terror aktları nəticəsində ölüm halları isə rekord həddə yaxınlaşıb.

Ötən ilin göstəricisi ilə müqayisədə müvafiq rəqəm 80 faiz artıb. Belə ki, terror qurbanlarının sayı 32 mini keçib, bu isə 2008-ci il göstəricindən 286 faiz çoxdur. Yalnız 69 ölkənin 2015-2016-cı illərdə terror aktlarından əziyyət çəkmədiyi də məlum olub. İl ərzində terror aktlarında ölənlərin sayının 500 nəfərdən çox olduğu ölkələrin sayı 5-dən 11-ə çatıb.

Reytinqə əsasən, dünyada ən sülhsevər ölkə İslandiyadır. Siyahıda onun ardınca Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya yer alıb. Ən təhlükəli ölkələr kimi isə İraq, Cənubi Sudan və Suriya göstərilib.  

Hesabat müəlliflərinin istinad etdiyi göstəricilər arasında zorakı ölüm hallarının sayı, ölkənin silahlanmasının səviyyəsi, silah idxalının həcmi, ölkə daxilində zorakı ölüm hallarının səviyyəsi ilə bağlı durum və s. yer alıb. Sülhsevərlik indeksinin göstəriciləri nəzərəçarpacaq dərəcədə Yaxın Şərq və Şimali Afrikada pisləşib. Ən sakit və sülhsevər regionu adını isə Avropa qazanıb.

Hesabat müəlliflər həmçinin 2015-ci ildə “zorakılıq xərcləri”ni açıqlayıblar. Bu rəqəm 13,6 trilyon dollar təşkil edib. Dünya ÜDM-in 13,3 faizinə bərabər olan müvafiq göstərici birbaşa xarici investisiyaların həcmindən 11 dəfə çoxdur.

12
Robert Koçaryan, arxiv şəkli

Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

79
Ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Rober Koçaryan Azərbaycanın işğal altında olan torpaqlarında qurulan separatçı "rejim"in "sabiq liderləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüşdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da iştirak edib.

Qeyd olunur ki, görüş Saakyan və Qukasyanın təşəbbüsü ilə baş tutub. Görüşün mövzusu Qarabağdakı vəziyyət olub.

Xatırladaq ki, ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

79
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli

Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə

50
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan son 10 gündə Moskvaya 3-cü səfərini edib. İlkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Səfərin məqsədinin detalları barədə məlumat verilmir. Lakin ilkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

Bu, son 10 gün ərzində Mnasakanyanın Moskvaya 3-cü səfəridir. 

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.

50
Su-34 təyyarəsi, arxiv şəkli

Rusiyada qırıcı qəzaya uğradı

0
"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər.

BAKI, 21 oktyabr — Sputnik. Rusiyaya məxsus "Su-34" qırıcısı Xabarovsk diyarında qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün təhlükə yoxdur. Ekipaj üzvləri evakuasiya edilib", -deyə Şərq Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Faktla bağlı araşdırmalar başlayıb.

0