Edvard Snouden

Snoudenin növbəti sensasiyalı açıqlaması dünyanı qarışdırdı

583
(Yenilənib 15:28 10.06.2016)
ABŞ kəşfiyyatının sabiq əməkdaşı: "Onlar sizin imanınız, sevdikləriniz və qayğısını çəkdikləriniz haqda hər şeyi bilirlər"

BAKI, 8 iyun — Sputnik. ABŞ kəşfiyyat orqanlarının sabiq əməkdaşı, qalmaqallı Edvard Snouden Tokioda keçirilən müasir cəmiyyətə nəzarət simpoziumunda video formatında çıxış edib. "Japan Times" xəbər verir ki, o, hər bir Yaponiya vətəndaşının ABŞ tərəfindən izlənməsi üçün potensial hədəf olduğunu bildirib.

2009-2011-ci illərdə Snouden Yaponiyada yaşayaraq kompüter nəhəngi olan Dell şirkəti ilə əməkdaşlıq edirdi, bundan başqa o, ABŞ Milli Təhlükəsizlik Agentliyinə çalışırdı.

"Onlar sizin imanınız, sevdikləriniz və qayğısını çəkdikləriniz haqda bilirlər. Mənim işim hər bir insanın həyat şəklini yaratmaq idi", — deyə Snouden ABŞ-ın Yokotadakı hərbi bazasındakı işi haqda danışarkən deyib.

Snoudenin sözlərinə görə, Milli Təhlükəsizlik Agentliyi qanuni şəkildə hər bir istifadəçinin telefon və kompüterindən məlumatlar toplaya bilər. O, Yaponiya vətəndaşlarının gizlilik, eləcə də hökumətə nəzarət məsələlərinə zəif qatıldığını ciddi problem adlandırıb.

Kəşfiyyat orqanının keçmiş əməkdaşı eləvə edib ki, insanların hər bir addımının izləndiyi dünyada yaşamaq istəmir. Onun sözlərinə görə, gələcək nəsillər üçün izlənmədən azad bir cəmiyyət yaratmaq lazımdır.

2013-cü il iyunun 21-də ABŞ-ın Ədliyyə Nazirliyi Mərkəzi Kəşviyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni, hökümət mülkiyyətinin oğurlanması, milli təhlükəsizliklə bağlı informasiyanın qeyri-qanuni istifadəsi, eləcə də gizli kəşfiyyat məlumatlarının kənar şəxslərə könüllü ötürülməsində ittiham etdi. İttihamların hər bəndinə görə onu 10 il, ümumillikdə isə onu 30 il həbs və ya ölüm hökmü gözləyirdi.

İstintaqdan yayınan Snouden Moskvada tapıldı. O, bir müddət "Şeremetyevo" hava limanda qaldı, sonra isə Rusiya ona ABŞ-a qarşı əməliyyatları dayandırmaq şərti ilə müvəqqəti sığınacaq verdi.

583
Teqlər:
ABŞ Milli Təhlükəsizlik Agentliyi, "Japan Times", Edvard Snouden, ABŞ kəşfiyyatı, Tokio, Yaponiya
Əlaqədar
Ay səni Snouden!
Fransız xadimlər Assanc və Snoudenə siyasi sığınacaq tələb ediblər
Snouden jurnalistlərin mükafatına layiq görüldü