Rəcəb Tayyib Ərdoğan

Prezident deputatların toxunulmazlığının ləğvini nəzərdə tutan qanunu təsdiqlədi

16
Rəcəb Tayyib Ərdoğan Konstitusiyada dəyişiklik edilməsini nəzərdə tutan 6718 saylı Qanunu imzalayıb

BAKI, 8 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millət vəkilinin toxunulmazlığı ilə bağlı Konstitusiyada dəyişiklik edilməsini nəzərdə tutan 6718 saylı Qanunu təsdiqləyib.

Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, Prezidentin təsdiqlədiyi dəyişiklik konstitusiyaya müvəqqəti maddə əlavə olunmasını nəzərdə tutur. Sözügedən dəyişiklik, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan 152 millət vəkilini mühakimə etmək üçün "yaşıl işıq" yandırır.

Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəməyə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq. Əməli sübuta yetirilən millət vəkilinin deputat mandatı əlindən alınacaq.

TBMM cari ilin may ayında sözügedən qanun layihəsini qəbul edib. 550 parlamentaridən 376 nəfəri qanunun lehinə səs verib.

16
Teqlər:
toxunulmazlıq, deputat, millət vəkili, Türkiyə Böyük Millət Məclisi, TBMM, Türkiyə, Konstitusiyada dəyişiklik, Rəcəb Tayyib Ərdoğan
Əlaqədar
TBMM-in sədri Azərbaycana gəlir
Sabir Rüstəmxanlı: PKK-nın yaxın adamları bu gün TBMM-də oturublar
Türkiyə Prezidentindən İstanbuldakı terrorla bağlı açıqlama
Türkiyədən Almaniya ilə bağlı radikal qərar
Türkiyə bütün Suriya qaçqınlarını Avropaya ötürə bilər
Türkiyə Prezidenti: "Ana olmağı rədd edən qadın anormaldır"