İncirlik hərbi bazası

Almanlara İncirlik şoku

525
(Yenilənib 11:04 08.06.2016)
Türkiyə alman jurnalistlərin sözügedən hərbi bazaya planlaşdırılan ziyarətinə qadağa qoyub

BAKI, 8 iyun — Sputnik. Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" qərarından sonra, almaniyalı jurnalistlərin İncirlik hərbi bazasına girişinə qadağa qoyulub.

Türkiyə hökuməti alman media mənsublarının sözügedən hərbi bazanı ziyarət etmə istəyinə rədd cavabı verib. Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, bir qrup alman jurnalistin İncirlik hərbi bazasına planlaşdırdığı ziyarətə Türkiyə tərəfdən icazə verilməyib.

Bilidirilir ki, İŞİD-lə mübarizəyə qatılan Almaniyanın "Tornado" tipli döyüş təyyarələrinə iyunun 7-də baxış keçirilməliydi. Bu ziyarət əslində mart ayı üçün planlaşdırılmışdı. Ancaq Ankarada baş verən terror hücumundan sonra təhlükəsizliklə əlaqədar təxirə salınmışdı.

525
Teqlər:
"Tornado" tipli döyüş təyyarələri, Almaniya Bundestaqı, qondarma "erməni soyqırımı", Türkiyə, İncirlik hərbi bazası, Almaniya, jurnalist
Əlaqədar
Qondarma "soyqırımı" qərarı almanları necə peşman edəcək?
Almaniyada türk futbolçuya qarşı ayrı-seçkilik
Ərdoğan: Almaniya rəhbərləri hansı üzlə bizim qarşımıza çıxacaqlar?
Diaspora Komitəsi: Almaniya parlamentinin qərarı qərəzlidir
Azərbaycan XİN: bu addım Almaniya cəmiyyətinin çaşdırılmasına xidmət edir
Baş nazirdən Almaniyaya sərt etiraz