İstanbulda terror

Türkiyə Prezidentindən İstanbuldakı terrorla bağlı açıqlama

35
(Yenilənib 16:24 07.06.2016)
Rəcəb Tayyib Ərdoğan: "İstanbulda baş verən terror hücumunu lənətləyirik"

BAKI, 7 iyun — Sputnik. "İstanbulda baş verən terror hücumunu lənətləyirik". APA "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər saatlarında İstanbulda törədilən terror hadisəsi zamanı yaralanmış mülki şəxs və polisləri Haseki Tədris və Araşdırmalar Xəstəxanasında ziyarət edərkən deyib. O, şəhidlərə rəhmət diləyib, yaralanmış polis və mülki şəxslərin tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində ard-arda 2 partlayış törədilib. Nəticədə 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3-nün vəziyyəti ağırdır. NTV kanalının məlumatına əsasən, yaralananlardan biri Azərbaycan vətəndaşıdır.

35
Teqlər:
partlayış, İstanbul, Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan, terror
Əlaqədar
Qazaxıstanda terrorçular zərərsizləşdirilib
Türkiyədə növbəti terror aktı törədilib: 12 hərbçi yaralanıb
42 PKK terrorçusu türk polisinə təslim oldu
Diyarbəkirdə baş verən terror aktında 3 nəfər həlak olub
ABŞ terror təşkilatını niyə himayə edir?
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

10
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

10
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi