ABŞ-ın Federal Ehtiyatlar Sistemi

Gözlənilən dollar "partlayışı" ertələndi

204
FED rəhbərinin çıxışından sonra bu ilin yazında faiz artımı gözləntiləri olduqca azalıb və diqqətlər sentyabrda keçiriləcək iclasa yönəlib

BAKI, 7 iyun — Sputnik. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin Filadelfiyadakı çıxışından sonra, bu ilin yazında faiz artımı gözləntiləri olduqca azalıb və diqqətlər sentyabrda keçiriləcək iclasa yönəlib.

Dollar və manat
© Sputnik / Murad Orujov

"İyun ayında olmaz. İyul ayı da çox tezdir. FED-in faiz artımı olacaq, ancaq sentyabr ayında. O qəti deyil". Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bu, FED rəhbərinin dünənki çıxışından investorlar və iqtisadçıların aldığı mesajlardır.

FED rəhbəri ABŞ iqtisadiyyatının hələ də müsbət vəziyyətdə olduğunu və istehlakçıların xərclərini artıraraq iqtisadi inkişafı dəstəkləyəcək mövqedə olduqlarını vurğulayıb. Ancaq Yellen faiz artımının nə vaxt olmasının lazım olduğu ilə bağlı səssiz qalıb. Bu səbəbdən iyun ayı gündəmdən çıxarkən, iyul ayı üçün şübhələr artıb.

Yellen qiymətin sabitliyini və davamlı məşğulluğu təmin edə bilmək üçün faizlərin tədricən qaldırılmasının lazım olacağını deyib. İqtisadçılar Yellenin bir sıra problemlərin həllinin həftələr deyil, aylar alacağını dediyinə görə, iclasda faiz artımı ehtimalının aşağı olduğunu düşünürlər. ABŞ-da iqtisadçı Neil Dutta FED-in gələcək həftə və iyul ayında dəyişikliyə getməyəcəyi proqnozunu verib.

May ayında ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi 38 min artıb. Bu, təxminən altı ilin ən aşağı aylıq artımı olub.

204
Teqlər:
uçot dərəcəsi, dollar, Filadelfiya, Canet Yellen, FED, ABŞ-ın Federal Ehtiyatlar Sistemi
Əlaqədar
ABŞ-ın Federal Ehtiyatlar Sistemi bu il faizləri neçə dəfə artıracaq?
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artıracaq
Federal Ehtiyatlar Sisteminin faizlərlə bağlı mesajı necə olacaq?
Rusiya Federasiyası İctimai Palatasının üzvündən ilginc açıqlama
FED uçot dərəcəsini artıracaq