Nyu York. Arxiv şəkli

Amerikalılar Səudiyyə Ərəbistanını dəstəkləmək istəmirlər

13
Böyük Britaniyanın Populus şirkəti Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə ABŞ-da sorğu keçirib.

BAKI, 7 iyun — Sputnik. Sputnik.Rəy-in sorğusunun nəticələrinə görə, amerikalıların böyük əksəriyyəti (68%), Səudiyyə Ərəbistanı terrorçuluğa sponsorluq etmədiyini sübut etməyincə, ABŞ-ın tamamilə və ya qismən bu ölkəni dəstəkləməyə son verməli olduğunu düşünürlər. Bu nəticələr Böyük Britaniyanın Populus şirkətinin Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə keçirdiyi sorğunun gedişində alınıb.

ABŞ sakinlərinə Hillari Klintonun mətbuatda getmiş məktubunu xatırlamaq və Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına nəzərən hansı siyasəti yürütməli olduğunu seçmək təklif olunub. Sözügedən məktubda Klinton Səudiyyə Ərəbistanından olan sponsorların dünyada sünni terrorçu qruplaşmalarının ən böyük maliyyə mənbəyi olduğu iddia olunur. Amerikalıların yalnız 12%-i hesab edir ki, onlar Səudiyyə Ərəbistanını dəstəkləməlidirlər. Respondentlərin 20%-i "bilmirəm" cavabını seçib.

Sorğu 2016-cı ilin martında Populus tədqiqat şirkəti tərəfindən keçirilib. Sorğuda ABŞ-da 18-64 yaşları arasında 1003 respondent iştirak edib. Sorğuda iştirak edənlər cins, yaş və coğrafi baxımdan bölünüblər. Ölkə üzrə məlumatlarda səhv maksimum +/- 3,1% təşkil edə bilər, etibarlılıq ehtimalı 95%-dir. 

Sputnik.Rəy layihəsi haqda

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

13