Nüman Kurtulmuş

Numan Kurtulmuş: “Türkiyə Avropa İttifaqı ilə sazişə riayət edəcək”

15
Martın 18-də Türkiyə ilə Avropa İttifaqı arasında miqrant böhranı ilə əlaqədar əldə edilmiş razılaşma martın 20-dən qüvvəyə minib.

BAKI, 6 iyun — Sputnik. “Türkiyə Avropa İttifaqı ilə imzaladığı razılaşmanı pozmaq məsələsini nəzərdən keçirmir”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“İndi öhdəliklərin yerinə yetirilməsi məsələsində növbə Avropa İttifaqındadır. Türkiyə razılaşmanın həyata keçirilməsi üçün əlindən gələni edib. İnanıram ki, Avropa İttifaqı sazişə uyğun addımlar atacaq. Razılaşmanın ləğvindən söhbət gedə bilməz. Biz payımıza düşən işləri davam etdirəcəyik”, deyə N.Kurtulmuş Ankarada keçirdiyi brifinqdə vurğulayıb.

Xatırladaq ki, martın 18-də Türkiyə ilə Avropa İttifaqı arasında miqrant böhranı ilə əlaqədar əldə edilmiş razılaşma martın 20-dən qüvvəyə minib.  

15