Aktoba şəhərində antiterror əməliyyatı

Qazaxıstanda dövlət çevrilişinə cəhd olub

84
(Yenilənib 15:18 06.06.2016)
Aktoba şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Hücumun məsuliyyətini "Qazaxıstan Azadlıq Ordusu" öz üzərinə götürüb.

BAKI, 6 iyun — Sputnik. Qazaxıstanın Aktoba şəhərində ötən gün baş verən atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Sputnik-in məlumatına görə, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sputnik "Azadlıq" radiosunun rus xidmətinin ("Radio Svaboda") məlumatına istinadən xəbər verir ki, ölənlərdən 11-nin cinayətdə şübhəli bilinən şəxslər, 3-nün hərbçi, 1-nin silah dükanının satıcısı, 1-nin dükandakı müştəri, 1-nin isə mühafizə xidmətinin əməkdaşı olduğu bildirilir.

Hadisə nəticəsində 22 nəfər yaralanıb. Hücumun məsuliyyətini "Qazaxıstan Azadlıq Ordusu" öz üzərinə götürüb. Qazaxıstan Daxili İşlər Nazirliyi cinayətdə şübhəli bilinənlərin hamısının şəxsiyyətini müəyyənləşdirsə də, adlarını açıqlamayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, dövlət çevirilişində adı hallanan iş adamı, "Şımkendpivo" şirkətinin direktoru Toxtar Tuleşov Rusiya Dövlət Dumasının keçmiş müşaviridir. Qurum təmsilçisi Rüstəm Karasayevin sözlərinə görə, ölkənin Atırau, Alma-ate, Ural, Qıqız Orda bölgələrində torpaq islahatına qarşı keçirilən etiraz aksiyaların təşəbbüsçüsü Toxtar Yuleşovdir. O, həmin aksiyaların keçmiş müşavir tərəfindən maliyyələşdirildiyini də vurğulayıb.

Qeyd edək ki, ötən gün Aktoba şəhərindəki "Pallada" silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi bir qrup şəxsin hücumuna məruz qalıb. Qazaxıstan DİN-in verdiyi məlumata görə, quldurlar həmçinin "Pantera" mağazasına da hücum ediblər. Hərbi hissəyə hücum zamanı isə marşrut avtobusunu ələ keçirərək sürücünü və sərnişinləri düşürüblər.

Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev dünən bildirmişdi ki, Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı bir neçə silahlı şəxs məhv edilib, bir neçəsi isə saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

84
Teqlər:
dövlət çevrilişi, Aktoba şəhəri, Astana, Qazaxıstan, terror
Əlaqədar
Azərbaycan, Gürcüstan və Qazaxıstan konsorsium yaratdı
Qazaxıstan parlamentində üç partiya olacaq
Qazaxıstan vətəndaşı Azərbaycandan ekstradisiya edildi
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
Parlamenti buraxmağın Qazaxıstan yolu
Qazaxıstan neft emalı həcmini 17 milyon tona qaldırmağı planlaşdırır