Türkiyə və israil bayraqları. Arxiv şəkli

Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi

3502
(Yenilənib 12:15 31.05.2016)
Netanyahunun "Həm İsrailin, həm də Türkiyənin regional maraqlarını təhdid edən bəzi məsələlərə görə yaxınlaşma vacibdir" açıqlaması bölgədə yeni qüvvələr balansının meydana çıxacağına işarə edir.

BAKI, 31 may — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu, Türkiyə ilə münasibətlərə dair sürpriz açıqlama verib. O, rəsmi Ankara ilə əlaqələrin normallaşması üçün keçirilən görüşlərdə yekun razılığa çox az müddət qaldığını deyib. 

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, dünən ABŞ Konqresindən bir heyəti Qüdsdə qəbul edən Netanyahu, çıxışında Türkiyə-İsrail münasibətlərinə geniş yer ayırıb: "İki dövlət arasındakı münasibətlərin 10 il əvvəlki səviyyəyə qayıtmasını gözləmək inandırıcı olmaz. Amma həm İsrailin, həm də Türkiyənin regional maraqlarını təhdid edən bəzi məsələlərə görə yaxınlaşma vacibdir". 

"Əlaqələrin normallaşması bu maraqların qorunub saxlanmasına xidmət edəcək", — deyə baş nazir qeyd edib.

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə, heyətlər arasındakı danışıqlarda əsas problem "Həmas" təşkilatının İstanbulda açmağı planladığı nümayəndəliklə bağlıdır. Belə ki, rəsmi Təl-Əviv yekun müqavilədə bu bəndin yer almasına qətiyyətlə qarşı çıxır.

"Haaretz" qəzeti yüksək vəzifəli rəsmi şəxslərə istinadən bildirir ki, Əhməd Davudoğlunun istefa verməsindən sonra heyətlərarası danışıqlar dayandırılıb. Bu həftə içində danışıqların Avropa ölkələrinin birində yenidən bərpa olunacağı bildirilir.

Mövzunu Sputnik üçün şərh edən türkiyəli politoloq Yılmaz Altınsoy, Yaxın Şərqdə Rusiya-İran-Hizbullah əməkdaşlığının İsrail ilə Türkiyəni bir-birinə möhtac qoyduğunu deyib: "Rusiyanın Sovetlər dövründə olduğu kimi, Yaxın Şərqə əl atması, bölgəni dizayn etməyə girişməsi və bunu İranla, Hizbullahla birgə etməsi, həm Türkiyəni həm də İsraili qıcıqlandırır. Çünki regionda hər iki dövlətin ciddi maraqları var və bu maraqlar nisbətən üst-üstə düşür".

"Həm Ankara, həm də Təl-Əviv onlardan başqa heç bir gücün bölgədə söz sahibi olmasını istəmir. Rusiya, İran və Hizbullahın Suriyadakı birgə fəaliyyətləri bu iki dövləti bir-birinə möhtac qoyub", — politoloq vurğulayıb.

İsrail-Türkiyə yaxınlaşmasının Azərbaycan üçün nə vəd etdiyini isə politoloq Qabil Hüseynli cavablandırıb. Bu yaxınlaşmanın ölkəmiz üçün çox vacib olduğunu deyən politoloq, İsrail-Türkiyə yaxınlaşmasına Azərbaycanın ciddi töhfəsi olduğunu yada salıb.

"İsrail — Azərbaycan münasibətlərinin tarixi 10 ildən artıqdır ki, strateji xarakter daşıyır. İsrail dövləti, müsəlman dünyasında ən etibarlı tərəfdaş kimi bizi görür", — siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda olan yəhudi lobbisi də bu işə ciddi maraq göstərir və yardım edir: "Həmçinin də rəsmi Bakı, Amerikadakı yəhudi lobbisinin dəstəyindən geniş şəkildə istifadə edir, maraqlarını müdafiə edir. Bu səbəblə düşünürəm ki, Türkiyə-İsrail yaxınlaşmasında Azərbaycanın da vasitəçiliyi və rolu var".

3502
Teqlər:
Türkiyə, Rusiya, Ankara, İsrail, İran, Təl-Əviv, Benyamin Netanyahu
Əlaqədar
Türkiyə ilə İsrail razılaşdı
Rusiya faktoru Türkiyə ilə İsraili yaxınlaşdırdı
Türkiyə İsraildən qaz alaraq Rusiyadan asılılığını azaltmaq istəyir
Pakistan Azərbaycan bayraqları

Pakistan Azərbaycanın Kəşmir məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririr

3
Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov 9 sentyabr 2021-ci il tarixində etimadnaməsini bu ölkənin Prezidenti Arif Alviyə təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir Xəzər Fərhadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə çatdırıb.

Xəzər Fərhadov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Ölkələrimiz arasındakı mövcud əlaqələrdən bəhs edən səfir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilmiş humanitar və sosialyönümlü layihələr haqqında ətraflı məlumat verib.

Xəzər Fərhadov Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək, Vətən Müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin səfir Kəşmir məsələsinin BMT TŞ qətnamələri əsasında həlli ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Arif Alvi, Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Arif Alvi iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrin bu əlaqələrə xüsusi töhfə verdiyini qeyd edib, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənərək dərinləşəcəyini əminliklə ifadə edib.

Prezident 44 günlük Vətən Müharibəsində əldə olunmuş qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edərək, Kəşmir məsələsində Azərbaycanın Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə həmçinin, yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

3
Teqlər:
Pakistan
UNESCO-nun loqosu, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərə UNESCO-nun missiyasının göndərilə bilər

2
(Yenilənib 10:57 17.09.2021)
Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

BAKI, 17 sentyabr — Sputnik. Özbəkistanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri ilə görüşlər keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos ilə görüşündə Azərbaycanın UNESCO ilə sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan Anar Kərimov bu əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu bildirib.

Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" beynəlxalq platforması haqqında məlumat verib. Qeyd edilib ki, BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqu özündə ehtiva edən "Bakı Prosesi" qlobal platforma kimi yüksək qiymətləndirilib. BMT-nin Sivilizasiyalar Alyansı və UNESCO Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı kimi çıxış edir. Dünyada multikultural və tolerant ölkə kimi qəbul olunan Azərbaycan fərqlilikləri özünün zənginliyi kimi olaraq edir.

Görüşdə həmçinin Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşən ölkələrlə əməkdaşlığa böyük önəm verdiyi, bu qədim yolun müasir inkişafdakı rolunu əhəmiyyətli hesab etdiyi vurğulanıb.

Anar Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən "Mədəniyyət naminə sülh" (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı UNESCO tərəfindən Azərbaycanın Ermənistan işğalından azad olunmuş Qarabağ bölgəsinə texniki missiya göndərilməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə gender bərabərliyi, gənclər sahəsində, eləcə də UNESCO-nun təşkil etdiyi Gənclər Forumu ilə əməkdaşlıq da müzakirə mövzusu olub.

Həmçinin oxuyun:

UNESCO-nun Qarabağa qiymətləndirmə missiyası göndərməsi müzakirə olunub

2
Teqlər:
YUNESKO