Боевые корабли НАТО. Архивное фото

ABŞ Hərbi Dəniz Qüvvələri bu yay super silahdan istifadə etməyi planlaşdırır

69
Bunu bu gün “Fox News” telekanalına müsahibəsində müdafiə məsələləri üzrə mütəxəssis Allison Berri bildirib.

BAKI, 29 may — Sputnik. ABŞ Hərbi Dəniz Qüvvələri bu yay hərbi gəmilərdə super silah sayılan relsotronu quraşdırmaq və real şəraitdə sınaqdan çıxarmaq niyyətindədir.

Bunu bu gün “Fox News” telekanalına müsahibəsində müdafiə məsələləri üzrə mütəxəssis Allison Berri bildirib.

A. Beri deyib ki, bu, yeni nəsil silahdır. Dünən isə “Wall Street Journal”  nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin relsotronla bağlı təcrübi sınaqlarına dair ilk kadrı yayıb. Bu silahın əsasını  relsdə hərəkət edən elektromaqnit qülləsi təşkil edir. Bu yeni silah ABŞ-a gələcəkdə Rusiya və Çini hərbi texnologiya sahəsində qabaqlamağa imkan verəcək. Relsotron Hərbi Dəniz Qüvvələrini limitsiz mərmi ilə təchiz edəcək, partlayış təhlükəsi olan mərmlərdən istifadəni aradan qaldıracaq. 

69