Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranda 35 adama şallaq cəzası verildi

© AP Photo / Hossein Esmaeliİranda şallaq cəzası
İranda şallaq cəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzvin yaxınlığında bir bağçada gecə məclisi təşkil edən yarıçılpaq 35 qadın, kişi həbs olundu və cəzalandırıldı.

BAKI, 27 may — Sputnik. İranda qadın və kişilərin bir yerdə əyləndiyi məclisə olunan basqın nəticəsində həbs olunan 35 adam qamçı cəzasına məhkum edilib.

Sputnik haberler-ə istinadla xəbər verir ki, spirtli içkidən istifadənin qadağan olduğu İranda qadın və kişilərin məclislərdə bir arada olmalarına da maneə törədilir. Ölkədə qadın və kişilərin bir yerdə əyləndiyi partiyə təşkil edilən basqın nəticəsində həbs olunan 35 adamın qamçı cəzasına məhkum edildiyi bildirilib.

Qəzvin əyalətinin Baş prokuroru Sadiqi Niyareki deyib ki, Qəzvin yaxınlığında bir bağçada gecə məclisi təşkil edən yarı çılpaq 35 qadın, kişi həbs olundu və cəzalandırıldı.

O, bildirib ki, hər biri şallaq cəzasına məhkum edildi və bu cəzalar da tətbiq olundu.

Spirtli içkidən istifadənin qadağan olduğu ölkədə qadın və kişilərin məclislərdə bir arada olmalarına maneə törədilir. Qadağanları pozanlara qamçı, pul və həbs cəzaları verilir.

Xəbər lenti
0