Donald Tusk

"Böyük yeddilik" zirvəsindən Rusiyaya ittiham

24
(Yenilənib 15:14 26.05.2016)
Donald Tusk: "Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünmürük Bu cür mövqe Rusiyanın Minsk razılaşmasının şərtlərini tam həyata keçirməməsindən irəli gəlir"

BAKI, 26 may — Sputnik. "Rusiya Minsk razılaşmasının şərtlərini yerinə yetirməsə, Avropa İttifaqı ona qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi düşünmür".

Yaponiyada keçirilən G7 sammitinin iştirakçıları
© REUTERS / Ministry of Foreign Affairs of Japan/Handout via Reuters

Sputnik xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk Yaponiyada davam edən "Böyük yeddilik"in (G7) sammiti ərəfəsində deyib. O bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı hazırki siyasətini, o cümlədən iqtisadi sanksiyaları davam etdirəcək.

"Bu cür mövqe Rusiyanın Minsk razılaşmasının şərtlərini tam həyata keçirməməsindən irəli gəlir. Təəssüf ki, Minsk razılaşmasının şərtlərinin yerinə yetirilməsi məsələsində bir il əvvəl ümid etdiyimizdən çox az irəliləyə bilmişik", — deyə D.Tusk qeyd edib.

Tusk, həmçinin Rusiya əleyhinə olan sanksiyalarla bağlı qərarın iki-üç həftə ərzində qəbul ediləcəyini və İttifaq ölkələrinin liderlərinin sanksiyaların müddətinin uzadılmasına səs verəcəyini gözlədiyini vurğulayıb.

24
Teqlər:
Minsk razılaşması, G7, Böyük yeddilik, sanksiya, Avropa İttifaqı, Rusiya
Əlaqədar
G7 Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır
G7 zirvəsində Rusiyaya qarşı sərt bəyanatlar
Tusk: G7-də Rusiyanın qayıtmasını istəyirlər
G7 sammiti öz işinə başlayır